Azərbaycanda bələdiyyə sədri həbs edildi - RƏSMİ
Tarix: 21-11-2019 | Saat: 13:13
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Araşdırma | çapa göndər
Bələdiyyə sədrinin qanunsuz əməlləri ifşa olunub.
Baş Prokurorluqdan Unikal.org-a verilən məlumata görə, Quba şəhər bələdiyəsinin sədri vəzifəsini icra etmiş Dəstəbəy Tərlanovun qanunsuz əməlləri barədə rayon sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində D.Tərlanovun xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxmaqla Quba bələdiyyəsinə məxsus 2.5 sot torpaq sahəsini bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsi kimi rəsmiləşdirməklə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmasını təmin etmək üçün rayon sakininin 1750 manat pulunu rüşvət kimi tələb edərək almasına, bundan başqa vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini qəsdən pozaraq tanışlıq münasibətləri olan ayrı-ayrı şəxslərə hərrac və müsabiqə keçirilmədən qanunsuz olaraq bələdiyyəyə məxsus 3090 manat dəyərində 0,06 ha torpaq sahəsini sataraq bələdiyyənin mülkiyyətindən çıxarmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
D.Tərlanov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş
6588 dəfə oxunub.
Digər xəbərlər

24-06-2015, 12:23
Bakıda transseksual Hətəmpaşanı öldürən şəxs saxlanıldı – YENİLƏNİB
7-01-2019, 20:17
Pensiya ilə bağlı ƏHALİYƏ MÜHÜM XƏBƏR
1-03-2016, 14:17
Metroda konsert veriləcək
2-05-2021, 13:33
Əvvəl avradını döydü, sonra BIÇAQLADI
15-02-2023, 11:44
Türkiyədə zəlzələdə həlak olan azərbaycanlı tələbələrin cənazələri sabah ölkəyə gətiriləcək
28-08-2016, 00:03
Modeldən ŞOK açıqlama: "Təyyarədə sekslə məşğul oldum" - FOTOLAR
29-09-2022, 18:59
Ünlü sanatçı ’𝗗𝗲𝗻𝗶𝘇 𝗖𝗲𝘁𝗶𝗻𝗱𝗮𝗴’ yakında yeni şarkısın yayınlayacak
21-01-2019, 16:06
"Barselona"da ciddi itki
20-01-2016, 17:16
Banka borcu olanların nəzərinə