Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi - hava ilə bağlı
Tarix: 01-12-2019 | Saat: 18:07
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər

"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi -hava ilə bağlı

"Azərişıq" ASC gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar gücləndirilmiç iş rejiminə keçib.
"Xeberaz.Az" xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, bununla əlaqədar "Azərişıq" ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov xüsusi göstəriş verib.
Göstərişə əsasən bütün ölkə üzrə şəbəkə rəisləri və texniki departamentik əməkdaşlarının iştirakı ilə növbətçilik müəyyən edilib.
"Onu da qeyd edim ki, hazırda "Azərişıq" rəhbərliyi başda olmaqla Bakı şəhəri və regionlarda olan texniki departamentlərinin, həmçinin qəza xidmətinin əməkdaşları hazırda iş başındadır. Baş verə biləcək qəza hallarının qarşısının operativ surətdə alınması məqsədi ilə əlavə mal-material, maşın-mexanizmlər ayrılaraq Bakı şəhəri ətraf kənd-qəsəbləri və regionlara göndərilib"-deyə Tanrıverdi Mustafayev əlavə edib.
"Azərişıq" sözçüsü istehlakçılara da müraciət edib:
"Qeyd edim ki, "Azərışıq" ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi fəaliyyət göstərir və istehlakçılardan xahiş edirəm baş verən kəsintilərlə bağlı bizom çağrı mərkəzinə məlumat versinlər".


Xəbəri paylaş

5608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___