İran Ukraynaya məxsus təyyarəni təsadüfən vurduğunu etiraf etdi
Tarix: 11-01-2020 | Saat: 09:06
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya | çapa göndər
Tehran yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus “Boeing 737” təyyarəsi "insan səhvi" nəticəsində təsadüfən vurulub.
"Xeberaz.Az" RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında deyilib.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı təyyarənin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi obyektinin yaxınlığında uçduğu üçün vurduqlarını bildirib.
İranın İRİB dövlət televiziya və radio şirkəti də məlumat yayıb ki, təyyarə bir insan səhvi və təsadüf üzündən vurulub.
İranın Xarici İşlər naziri Cavad Zərif öz növbəsində "Twitter" hesabında yazıb ki, "ABŞ avantürizmi tərəfindən ortaya çıxan böhran zamanı insan səhvi" qəzaya səbəb olub. O, eyni zamanda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verərək üzr istəyib.
Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də qəzaya uğrayıb. Qəzada 176 nəfər İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları həyatını itirib.
Xəbəri paylaş
6008 dəfə oxunub.
Digər xəbərlər

1-02-2016, 15:36
Vergilər nazirinə daha iki müşavir təyin edildi
4-08-2016, 18:59
Zaurla Günayın xoş günü - "Unutma, sənə pislik edən çox olacaq"
5-02-2016, 18:58
Ramil Usubov bu bölgələrdə sakinlərlı görüşəcək
18-06-2016, 15:37
İran Aşıqlar Birliyinin Sədri-AŞIQ SƏLCUQ ŞƏHBAZİ
18-01-2016, 14:01
Bakıda xəstə özünü xəstəxananın beşinci mərtəbəsindən atdı
7-05-2015, 16:23
Nazir: İyul ayında daha 120 nəfər əlilə “Naz-Lifan” veriləcək
19-01-2016, 17:24
Bakıda zibillikdə xeyli silah-sursat tapıldı
8-05-2017, 10:39
“Eurovision” şərhçimiz o olacaq - Fotolar