Şirkətin pullarını mənimsəmək üçün polisi aldatmaq istədi
Tarix: 11-01-2020 | Saat: 11:12
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə | çapa göndər
Yanvarın 8-də Bakı şəhər sakini Etiram Hüseynov DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq 2 gün əvvəl idarə etdiyi “Man” markalı yük avtomobili ilə Şəki rayonu ərazisində hərəkətdə olan zaman başqa bir minik avtomobili ilə toqquşduğunu və avtomobildə olan 5 nəfər şəxsin onu döydüyünü, bıçaqla hədə-qorxu gələrək üzərində olan 4 min manat pulunu aldıqlarını bildirib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “102” Zəng Mərkəzinə daxil olmuş müraciət aidiyyatı üzrə Şəki Şəhər Rayon Polis Şöbəsinə yönləndirilib. E.Hüseynovun müraciəti əsasında aparılan araşdırma zamanı məlum olub ki, əslində onun dedikləri həqiqəti əks etdirmir. Belə ki, Şəki ŞRPŞ-yə dəvət olunan həmin şəxs izahatı alınan zaman sürücü olaraq işlədiyi şirkətin rəhbərindən 10 ton arpa almaq üçün 3500 manat pul götürdüyünü, Şəki rayonu Turan qəsəbəsinə gəlib həmin vəsaiti xərclədiyini, vəziyyətdən çıxmaq üçün bu yola əl atdığını bildirib. O, ifadəsində yalan məlumat verdiyini etiraf edib.
E.Hüseynovun cinayət edilməsi haqqında bilə-bilə yalan məlumat verməsi barədə toplanmış material qərar qəbul olunması məqsədilə Xəzər Rayon Prokurorluğuna göndərilib.
Xəbəri paylaş
5988 dəfə oxunub.
Digər xəbərlər

22-10-2016, 12:58
Azərbaycanlı əsirlərin 20 ildən sonra görüntüləri yayıldı — VİDEO
7-10-2015, 13:30
Röyanın qardaşı “O səs Türkiyə”də oxudu - FOTO
10-09-2019, 19:31
Məşhur rep ifaçısı gülələnərək öldürüldü - Polis tərəfindən (VİDEO)
3-03-2022, 12:36
Dumanlı hava şəraiti nə vaxta qədər davam edəcək?
9-03-2016, 00:20
FHN bir nəfəri xilas etdi
3-12-2016, 13:44
İlham Əliyev aprel döyüşlərindən zərər çəkən ərazilərdə
28-06-2017, 11:44
Könül Xasıyeva uzun fasilədən sonra səhnədə - Video
14-12-2015, 14:39
İlham Pirməmmədov işdən çıxarıldı
23-06-2018, 10:01
Avtoxuliqanlıq edən sürücü həbs olundu
9-07-2016, 22:09
"İnstaqram" və "Facebook"da belə şəkillər paylaşmayın!