Prezident: "İşsizliklə bağlı problemlər daim diqqət mərkəzindədir"
Tarix: 13-02-2020 | Saat: 08:32
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm | çapa göndər
“İş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görülməlidir və görüləcək, xüsusilə özəl sektorda və dövlət sektorunda. Hələ ki, dövlət sektorunda da yeni iş yerlərinin yaradılması zəruridir. Çünki istəmirəm ki, işsiz adam olsun”.
"Xeberaz.Az" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında deyib.
Dövlət başçısı bildirib: "İşsizliklə bağlı problemlər daim diqqət mərkəzindədir, çünki əhalimiz artır. Cənubi Qafqazda yeganə ölkə Azərbaycandır ki, əhali artır və müstəqillik dövründə 3 milyon artıb. Təsəvvür edin, bizim əsas infrastruktur layihələrimiz sovet dövründə icra edilmişdir və onlar təqribən 6-7 milyon əhaliyə hesablanmışdır. Əgər biz son illərdə böyük infrastruktur layihələrini icra etməsəydik, bu gün işıqsız, susuz, qazsız qalacaqdıq. Çünki biz artan əhalini həm işlə, həm ərzaqla, həm də məktəblərlə təmin etməliyik.
Hər il əhali 100 min artır. İqtisadi inkişaf buna uyğun olmalıdır. Ona görə bölgələrdə və böyük şəhərlərdə iş yerlərinin yaradılması daim diqqət mərkəzindədir. Amma mən tam əminəm ki, biz bütün çağırışlarla bağlı öz siyasətimizi bundan sonra da uğurla aparacağıq. Artan əhali bizim gücümüzdür və eyni zamanda, elə bir amildir ki, bizi daim daha fəal olmağa sövq etməlidir. Artan əhali artan tələbat deməkdir".
Xəbəri paylaş
3888 dəfə oxunub.
Digər xəbərlər

25-09-2021, 11:37
Ermənistan yeni müharibəyə nə vaxt başlaya bilər? - Amerikalı ekspertdən ÖZƏL AÇIQLAMA
9-01-2022, 13:16
Qazi adı altında videosu yayılan Bakı sakini kimdir? - VİDEO
17-09-2016, 23:12
Bakıda ağır qəza “Ford” mağazanı darmadağın etdi —VIDEO
23-07-2021, 12:17
"Patı" qəbul edən oğlan daim həyat yoldaşının ona xəyanət etdiyini düşünür - Psixoloq
8-12-2018, 15:08
Kürdəmirdə ağır qəza, polis mayoru öldü
2-10-2016, 11:31
Aysuya niyə efir qadağası qoyulub? - "Səbəbini desinlər"
25-06-2015, 21:16
Azərbaycan xalq mahnısını özününküləşdirən ermənilərə cavab – VİDEO
27-02-2023, 13:01
DYP haqqında mahnı oxuyan aktyoru yol polisinə işə düzəltdilər