Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fevralın 10-da qar tədricən səngiyəcək - FKTİKİ HAVA
Tarix: 21-02-2020 | Saat: 20:06
Bölmə:Bütün xəbərlər / M / Karusel / M2 | çapa göndər

Fevralın 10-da qar tədricən səngiyəcək-  FKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava durumu açıqlanıb. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, fevralın 09-u saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisində qarlı, güclü küləkli hava şəraiti davam edir.
Bakıda və Abşeron yarımadasında: Zabrat, Maştağa, Binədə az qar yağır.
Əmələ gələn qar örtüyünün hündürlüyü: Aran rayonlarında 2-17 sm, dağətəyi rayonlarda 5-29 sm,dağlıq ərazilərdə 15-43 sm olub.
Külək: Şimal-qərb küləyi arabir Maştağada 38 m/s, Pirallahıda 35 m/s, Sumqayıtda 34 m/s, Bakıda 31 m/s, Qum adasında 30 m/s, Ələtdə 28 m/s, Çilov adasında 27 m/s, Binədə 22 m/s, Zabratda 21 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə küləyin sürəti 28 m/s, dalğanın hündürlüyü isə 6.5 metrə çatıb.
Neftçala, Naftalanda 34 m/s, Tərtər, Daşkəsəndə 26 m/s, Bərdədə 25 m/s, Gəncədə 24 m/s, Salyan, Ceyrançöldə 23 m/s, Tovuzda 22 m/s, Ağstafa, Şahdağ, Mingəçevir, Nabranda 20 m/s, Şəmkir, Astarada 19 m/s, Qrız, Xaçmaz, Culfada 18 m/s, Yardımlı, Ağdam, Qazıməmməd, Şabranda 16 m/s, Yevlax, Şəkidə 15 m/s
***
Fevralın 9-u axşam qarlı hava şəraiti davam edəcək, 10-da proses tədricən səngiyəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  bildirilib ki, şimal-qərb küləyi 9-da 15-20 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək. Fevralın 10-da küləyin sürəti axşama doğru 15-18 m/s,arabir 20-23 m/s olacaq. Havanın temperaturu 0-3° şaxta, gündüz 1-3° isti olacaq. Şəhərətrafı yolların buz bağlama ehtimalı var.
Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyinin sürəti 10-15 m/s, arabir 18-23 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 3-8° şaxta olacaq.


Xəbəri paylaş

6698 dəfə oxunub.

Digər xəbərlər
25-05-2019, 14:14 Daha bir ana ölümü...
16-06-2017, 10:51 Əsgərimiz şəhid oldu

bütün xəbərlər
____ Instagram ___