Gürcüstanla Azərbaycan arasında gediş-gəliş mümkün olacaq
Tarix: 22-03-2020 | Saat: 21:35
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Dünya | çapa göndər
Gürcüstanla Azərbaycan arasında gediş-gəliş martın 23-dən etibarən yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə mümkün olacaq.
"Xeberaz.Az" “Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.
Məntəqənin iş saatları 10:00-dan 18:00-dək müəyyən olunub.
Gürcüstan Baş Nazirinin başçılıq etdiyi İdarələrarası Koordinasiya Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, insanların digər keçid məntəqələrindən keçməsinə icazə verilməyəcək.
Bildirilir ki, məhdudiyyətlər bütün nəzarət-buraxılış məntəqələri boyunca gün ərzində yük daşımalarına təsir göstərməyəcək.
Qeyd edək ki, Gürcüstanda 54 nəfər koronavirusa yoluxub, onlardan 3-ü sağalıb.
Xatırladaq ki, martın 14-dən etibarən Gürcüstanla Azərbaycan arasında vətəndaşların gediş-gəlişi 10 gün müddətinə dayandırılıb. Gürcüstan martın 18-dən etibarən bütün xarici ölkə vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub.
Xəbəri paylaş
8158 dəfə oxunub.
Digər xəbərlər

11-04-2023, 14:08
Göygöldə mikroavtobus qəzaya düşdü, xəsarət alanlar var
18-05-2021, 10:07
“İndi də qanlı əllərinizlə bir tarix yazırsınız” - Ərdoğandan Baydenə
8-01-2017, 14:58
Yıldırım: "Onlar həm doğma qardaşımız, həm də..."
1-04-2016, 12:51
Planşet bazarı “ölür”
13-01-2016, 10:30
Azərbaycan nefti ucuzlaşdı
18-10-2016, 20:18
MÜĞƏNNİ SAMİRANIN KLİPİNDƏN KADRARXASI GÖRÜNTÜLƏR – BACKSTAGE
19-12-2017, 21:19
Ata ehtiyatsızlıqdan oğlunu öldürdü-İmişlidə
30-06-2019, 21:27
Rafael Ağayev finalda məğlub oldu - YENİLƏNİB
4-09-2020, 19:53
Qapalı kafe-restoranlara da icazə veriləcək