Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zaqatalada koronavirusla bağlı yalan xəbər yayanlar saxlanıldı
Tarix: 28-03-2020 | Saat: 17:34
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə | çapa göndər

Zaqatalada koronavirusla bağlı yalan xəbər yayanlar saxlanıldı Zaqatalada koronavirusla bağlı yalan xəbər yayanlar saxlanıldı 17:13 2020-03-28 KRİMİNAL Sosial şəbəkələrdə Zaqatalada koronavirusun yayılması ilə bağlı yalan məlumatlar yayanlar saxlanılıb. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, sosial şəbəkələrdə yayılmış videoda özünü Zaqatala rayon sakini Nadir Nurubəy oğlu kimi təqdim edən şəxs rayonun Əliabad qəsəbəsi ərazisində koronavirus infeksiyasının yayılması və özünün də bu virusa yoluxması barədə həqiqəti əks etdirməyən, cəmiyyətdə çaşqınlıq yarada biləcək ifadələr səsləndirib. Həmin görüntülər əsasında Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Həmin şəxsin rayonun Əliabad qəsəbə sakini Nadir Mahmudov və onu videoya çəkənin Mahma Əlixanov olduğu müəyyən edilərək saxlanılıblar. Saxlanılan şəxslər həmin videonu çəkərkən sərxoş olduqlarını və etdikləri əməldən peşmançılıq hissi keçirdiklərini bildiriblər. Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş

5088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___