Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bərdədə polis qadınla birgə bıçaqlandı - TƏFƏRRÜAT
Tarix: 30-05-2020 | Saat: 13:29
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Həftə-Reytinq | çapa göndər

Bərdədə polis qadınla birgə bıçaqlandı -TƏFƏRRÜAT

Bərdə rayonunda polis əməkdaşı və bir qadın bıçaqlanıb.
"Xeberaz.Az"  "xəbər verir ki, hadisə bu gün rayonun Qaradəmirçi kəndində baş verib.
Bərdə Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, 1985-ci il təvəllüdlü Məmmədov Eşqin Rəhbər oğlu bıçaqlanıb. Onunla birgə bir qadın da bıçaq xəsarətləri alıb.
Polis əməkdaşının bıçaqlanmasının təfərrüatları da məlum olub. Rayon sakini Elçin Cəfərov bacısı Vüsalə Cəfərovanı münaqişə zəminində bıçaqlayıb. Bu zaman polis əməkdaşları müdaxilə edib və E.Cəfərov polis Eşqin Məmmədovu da bıçaqlayıb.
Münaqişə zamanı Vüsalə Cəfərovanın azyaşlı qızı da xəsarət alıb. Elçin Cəfərov bacısını vurmaq istəyərkən azyaşlı Fatimənin qulağına bıçaq zərbəsi dəyib və onun qulağı kəsilib.
Qeyd edək ki, V. Cəfərovanın 3 il əvvəl boşandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş

6298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___