Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Virusa yoluxan qadının əri həkim və polisə yaba ilə hücum etdi - Azərbaycanda
Tarix: 02-06-2020 | Saat: 15:07
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Səhiyyə | çapa göndər

Virusa yoluxan qadının əri həkim və polisə yaba ilə hücum etdi- Azərbaycanda
Samuxda koronavirusa yoluxan qadının əri həkim briqadasına və polisə yaba ilə hücum edib.
"Xeberaz.Az"-ın  məlumatına görə, hadisə ötən gün qeydə alınıb.

Samux Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası polis əməkdaşlarının müşayiəti ilə rayonun Füzuli kəndində koronavirusa yoluxmuş bir qadını müalicə üçün xüsusi karantin xəstəxanasına yerləşdirmək məqsədi ilə onun yaşadığı ünvana gedib. Bu zaman qadının həyat yoldaşı həkim briqadasının işinə maneçilik törədərək müqavimət göstərib və əlindəki yaba ilə onlara hücum edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasına faktı təsdiqləyib. Bildirib ki, həkimlərə hücum edən kişi dərhal zərərsizləşdirilib:  “Həkimləri müşayiət edən polis əməkdaşları dərhal hadisəyə müdaxilə edib və həyatlarını riskə ataraq hücum edən şəxsi zərərsizləşdirərək saxlayıblar”.
E.Zahidov həmçinin qeyd edib ki, koronavirusa yoluxan qadın xüsusi karantin xəstəxanasına yerləşdirilib.
Qadın ərinin barəsində isə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə inzibati protokol tərtib edilib.





Xəbəri paylaş

6638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___