Prokurorların səlahiyyəti artırıldı
Tarix: 25-06-2020 | Saat: 11:18
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Həftə-Reytinq | çapa göndər
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
"Xeberaz.Az" xəbər verir ki, Məcəlləyə təklif olunan dəyişikliklə prokurorların səlahiyyəti artırılır.
Hazırda Məcəllənin 84.9-cu maddəsində qeyd edilib ki, prokuror Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina edə bilər.
Prokuror bu qaydalara riayət etməklə bəzi hüquqlara da malikdir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror yuxarı prokurorun göstərişlərini yerinə yetirməlidir.
Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi, cinayətin tövsifi, ittihamın həcmi, işin icraatına xitam verilməsi və ya məhkəməyə göndərilməsinə dair yuxarı prokurorun göstərişləri ilə razı olmayan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz əsaslandırılmış etirazını yuxarı prokurora göndərməkdə haqlıdır.
Bu halda yuxarı prokuror onun dəlilləri ilə razılaşır və öz yazılı göstərişlərini geri götürür.Əks təqdirdə, onun dəlilləri ilə razılaşmayaraq, cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi digər prokurora tapşırır. Prokurorun yazılı göstərişlərindən edilən etiraz bu göstərişlərin icrasını dayandırmır.
Məcəlləyə təklif olunan dəyişikliklə isə, prokurora daha bir hüquq verilir. Təklif olunan 84.6.9-1-ci maddəyə görə, prokuror şəxsə irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsifini təklif edə bilər.
Həmçinin prokurora şəxsə irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək hüququ verilir.
Məcəlləyə dəyişikliklərin 2020-ci il iyul ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.
Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Xəbəri paylaş
1 4108 dəfə oxunub.
Digər xəbərlər

29-11-2016, 14:01
Azərcell prezidentindən qiymətlər haqda - Açıqlama
27-04-2016, 18:05
Oğlan 13 yaşlı qızı çılpaq şəkilləri ilə hədələdi – ŞOK TƏFƏRRÜAT
17-06-2016, 23:05
İŞİD-ə ağır zərbə: əl-Faluca azad edildi
2-01-2017, 02:21
Diqqət: Övladlarınızı bu oyundan xilas edin
3-05-2016, 18:48
İlham Əliyev 2 sərəncam imzaladı
2-02-2021, 11:12
"Dəli Tural" "Makarov"la tutuldu
30-06-2019, 06:42
Xülyaları unudun - Günün qoroskopu
14-07-2015, 11:20
Heydər Əliyevin hakimiyyətə gəlməsindən 46 il ötür
20-03-2023, 12:09
Qızı “Niva” ilə anasını vurdu - 17 gün sonra....
4-05-2018, 10:24
Abituriyentlərə ŞAD XƏBƏR: pulsuz sınaq imtahanı