Yasamalda əməliyyat: "Əfsanə"də 27 nəfər tutuldu
Tarix: 02-07-2020 | Saat: 15:39
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
Bakıda karantin rejimini pozan kafe aşkarlanıb. Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları paytaxtın Nərimanov prospektində yerləşən "Əfsanə" kafesində keçirilən qonaqlığın qarşısını alıb. Polis əməkdaşları gələrkən müştərilərin bəzisi pəncərədən qaçmağa cəhd etsə də, məqsədlərinə nail ola bilməyiblər.
"Xeberaz.Az" xəbər verir ki, kafe sahibinin dostu doğum gününü qeyd etmək üçün tanışlarını ora dəvət edib. Lakin onların bu arzusu puç olub. Keçiriləcək məclisin 27 iştirakçısı 2-ci polis bölməsinə gətirilib. Məclis iştirakçıları barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların da hər biri 100 manat məbləğində cərimə olunub, kafe sahibi ilə bağlı materiallar isə məhkəməyə göndərilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə iyunun 21-dən iyulun 5-dək elan olunmuş ciddi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılmalıdır. Bundan başqa, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilir.
Xəbəri paylaş
1 2758 dəfə oxunub.
Digər xəbərlər

6-05-2022, 11:22
Azərbaycanda İLK: Məzarlara baxım xidməti yaradıldı - FOTO
26-02-2023, 12:10
Məşhur modeli öldürüb ət maşınından keçirdilər
23-03-2017, 14:32
Unutqanlığın qarşısını almağın ƏYLƏNCƏLİ YOLU
21-10-2018, 18:02
Şamaxılıları "Şorik" adlandıran müğənni açıqlama yaydı: "Heç kim müdaxilə edə bilməz"
11-09-2019, 11:33
YAP siyasi partiyaları topladı - Onlar isə gəlmədi (CANLI YAYIM)
16-10-2015, 20:08
Fuad Əlizadə bir neçə işçisinə töhmət verdi
2-08-2018, 23:57
ABŞ yanlış qərardan dönməlidir - Arınç
25-11-2017, 16:44
Misirdə törədilmiş terrorda ölənlərin sayı 305-ə çatıb
21-08-2017, 11:16
Dünya çempionunu yumruqla öldürən azərbaycanlının axtarışına xüsusi komanda cəlb edildi