Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Deputat cəbhədən yazdı: Əmin olun ki, düşmən...
Tarix: 12-07-2020 | Saat: 21:33
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Araşdırma | çapa göndər


Çoxsaylı suallarınızı, narahatlığınızı anlayır, buna görə də parlamentdə təmsil etdiyim Tovuz rayonunda, ön cəbhədə baş verənlərlə bağlı fikirlərimi, qənaətlərimi sizinlə bölüşmək istəyirəm.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Tovuz rayonunun deputatı Qənirə Paşayeva bu gün Tovuzda baş verən düşmən təxribatı haqda qeydində bildirib.
“İlk növbədə onu deyim ki, hadisə düşmən təxribatı ilə başlayıb, atəşkəs rejimi Ermənistan silahlı qüvvələri tərəfindən pozulub və hərbçilərimiz bu təxribata layiqli cavab verərək, düşməni geri oturdub. Rəsmi məlumata görə, bizim iki əsgərimiz şəhid olub, beş yaralımız var. Şəhidlərimizə ulu Tanrıdan rəhmət diləyir, doğmalarına, döyüş yoldaşlarına, ordu mənsublarımıza və bütövlükdə xalqımıza başsağlığı verir, yaralılarımıza acil şəfalar diləyirəm!
Hadisə baş verdiyi andan rayon rəhbərliyi, Müdafiə Nazirliyi rəsmiləri, digər əlaqədar qurum və quruluşlarla, yerli sakinlərimizlə daimi əlaqədəyik və bir daha vurğulayım ki, vəziyyət ordumuzun tam nəzarəti altındadır. Əlbəttə, həmişə olduğu kimi, düşmən informasiya cəbhəsində də təxribatlarla məşğuldur. Sizlərin hər birini tam məsuliyyətlə əmin etmək istərdim ki, düşmənə ağır zərbə vurulub və yəqin ki, aldıqları cavab zərbəsini hələ uzun müddət unuda bilməyəcəklər. İtki verən düşmən geri oturdulub. Hazırkı dönəmdə ATƏT-in Minsk Qrupu, özəlliklə, həmsədr ölkələr Ermənistanın təxribatlarına rəsmi münasibət bildirməli, işğalçı ölkənin atəşkəsi pozmaq cəhdlərini qınamalıdır. Nəzərə alsaq ki, indi dünya birliyi koronavirusla mübarizə aparır, Ermənistan rəhbərliyinin öz tərcümeyi-halına, xislətinə uyğun şəkildə belə bir məqamı fürsət bilib, yeni ərazilər əldə etmə cəhdi beynəlxalq səviyyədə siyasi-hüquqi qiymətini almalıdır. Hadisələrin bütün məsuliyyəti Ermənistan tərəfinin üzərindədir. Biz ATƏT-in Minsk Qrupu həmsədrlərini, beynəlxalq təşkilatları işğalçı Ermənistanın təxribatlarına sərt reaksiya verməyə çağırırıq. İkili standartlara son qoysunlar!
Bir daha şəhidlərimizə Tanrıdan rəhmət, yaralı hərbçilərimizə şəfalar dilərkən, əhalimizi şayiələrə uymamağa, yalnız rəsmi qurumlarımızın verdiyi məlumatlara etibar etməyə çağırıram. Tovuzda insanlarımız ordumuzun yanındadır. Dualarımız hər an onlarladır. Sabah səhər karantin qaydalarına əməl etməklə insanlarımızla görüşəcəyik, şəhidlərimizin ailəsinə başsağlığı verib, qəhrəman övladlar böyüdən ailələrin qarşısında bir daha baş əyəcəyik. Nur içində yatsınlar. Şəhidlər ölmürlər. Onları hər zaman sevgi və rəhmətlə anacağıq. Yaralılarımız üçün dualarınızı əskik etməyin. Allah onları qorusun!” - millət vəkili yazıb.





7858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___