Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Biz Polad kimi mübariz olmalıyıq!
Tarix: 04-08-2020 | Saat: 15:32
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Müsahibə | çapa göndər

Həyat –yaşamaq uğrunda mübarizədir deyirlər.Yaxşı, bəs bu döyüşdən sağ çıxanlar , ? ya ölənlər qalibdir ? Sual məni son zamanlar yaşanan məlum hadisələrə görə daha çox düşündürür. Çünki, şəhid olmaqla, sadə ölümün mütləq riyazi düstur fərqi var…
Hamımız bir vətəndaş olaraq yaşadığımız müddət ərzində fikir və məsuliyyətlərimizin fərqindəyik.Və bu fərqindəlik düşüncə paylaşımının nizamını doğru sabitləmək üçün bizə kömək edir . Diqqət etmişəm adətən biz insanlar , qələmə aldığımız ruh düşüncələrimizi , dəfələrlə daha gözəl, daha ideal yazmaq naminə pozuruq. Lakin pozduqlarımız həmin yazıların içərisində bəlkə də , ən əhəmiyyətli və paylaşılması vacib olan dəyərli fikirlərdir. Hərçənd almaz cilalandıqca meyarı artır… Bu isə , mütləq gedəcəyin yolda yorulmadan, usanmadan, bir amala inanaraq hədəfinə doğru gedən insanları xatırladır…O insanlar ki , kaş , daha öncə tanıyardım, ünsiyyət qurardım, heç olmasa bir salamına rastlayardım dediklərimiz olur….  Bəli, mənə görə ,onlar qəhrəman şəhidlərimizdir… Və şəhidlər ,şanlı zirvələrin başında, ruhu vətən eşqi ilə yaşayan, qəlblərin sahibidir. Sözsüz , belə qəlblərə sahib olmaq da hünər, cəsarət istəyir. Və bu xarakterin , uşaqlıqdan təməli qoyulur .

Bəzi insanları diqqətlə analiz etsək görərik ki, içlərində pessimist, cəmiyətə açıq olmayan qapalı düşüncəli , hətta həyatdan bezmiş və əzgindir. Bu kimi adamların fədakarlığa dayanan məqsədi - məramın yoxdur. Və ən böyük maddi sərvətə sahib olsalar belə , güclü xarakterə sahib olmamaları onları ətrafındakı insanlardan fərqləndirib uzaqlaşdırır. Əlbətdə ki , qorxaqlıq kölgəsi, itirmək qorxusu onları daim izləyir.

                            Gələcək xeyirxahlıq ruhunu daşıyanlarındır

Yaşadığım müddət ərzində, gördüklərimdən bu qənaətə gəlmişəm:
Addımlayacağımız gələcək, gənclərin deyil, onlara bu yolda dəstək olabilən xeyirxah insanların əlindədir…

Bəzən insanlar , xeyirxahlıqla xeyriyyəçiliyi eyniləşdirir. Lakin , diqqət etsək, görərik ki , insanın maddi imkanının məhdud olması onun xeyirxah niyyətinə və mənəvi zənginliyinə heç vəchlə kölgə sala bilməz. Mənə görə , xeyirxahlıq dediyimiz nəcib davranış, sosial akt kimi təbliğ olunaraq daim diqqət mərkəzində saxlanılmalıdır. Xeyriyyəçilik sahib olduğu 10 paydan 1 pay verməkdirsə, xeyirxahlıq özündən pay verməkdir. Bu gözəl, insani xarakter, mərdlik, qəhrəmanlıq simvoludur. 
Diqqət etsək görərik ki, dünyanın əksər xilaskarlarının, qəhrəmanlarının ruhunda və məqsədində xeyirxahlıq var. Odur ki, biz xeyirxahlığa söykənən prinsiplər üzərindən tək özümüz üçün yox həm də çevrəmizin qorunması naminə xöşməramlı ideoloji xətt üçün vahid məqsədlə yaşamağa səy göstərməliyik. Hər kəs çevrəsində olan imkanlarını və potensialını dəyərləndirərək bu zərif xarakteri təbliğ etməlidir. Biz təkcə özümüz üçün yox, həm də yanımızda olanların ,yaşadığımız cəmiyyətin, ayaq basdığımız, havasından, suyundan içdiyimiz torpaqlarımızın keşiyində durmaq, onları qorumaq üçün var olmalıyıq. 

Uşaqlar vətənin körpə fidanlarıdır…Onların vətənə faydalı insan kimi yetişmələri üçün , gözəl və düzgün yetişdirilməsi vacib amillərdəndir. Sözsüz ki , KİV- in üzərinə burda böyük məsuliyyət düşür. Və əlbətdə ki, valideyin, müəllim uşaq yazarlarının birgə vəhdət halında maarifləndirmə proqramı olmalıdır. Çünki milli ruhda maarifləndirilən uşaqlar, gələcəyimizin vətən qoruyucularıdır. 


Güclü dövlətin Mübariz kimi cəsarətli vətənpərvər, Polad kimi möhkəm iradəli ,dəyərlərinə sadiq qəhrəmanları olmalıdır!



Xəbəri paylaş

1 1278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___