Gülər Əhmədovanın oğluna hökm oxundu
Tarix: 06-08-2020 | Saat: 10:57
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə | çapa göndər
Keçmiş deputat Gülər Əhmədovanın qanunsuz silah saxlamaqda təqsirləndirilən oğlu Toğrul Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Xeberaz.Az" Report.az saytına istinadən xəbər verir ki, işə Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baxılıb və hökm çıxarılıb.
Hökmə əsasən, T.Əhmədov 2 il müddətinə azadlıqdan məhum edilib. O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə təqsirli bilinib.
Qeyd edək ki, 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının fevral ayında keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun idarə etdiyi BMW markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.
Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə ittiham verilib.
T.Əhmədov sabiq deputat Gülər Əhmədovanın oğludur.
Xəbəri paylaş
7368 dəfə oxunub.
Digər xəbərlər

6-07-2017, 16:16
Nişanlısını öldürən şəxsin məhkəməsi başladı
26-08-2017, 11:14
Çay bu 7 XƏSTƏLİYƏ ÇARƏDİR
21-01-2017, 19:29
Səidə Sultan Roya Ayxanla aralarındakı söz söhbətə son qoydu - fotolar
7-03-2021, 05:31
Kənanın bu xəbərə ağlaması tənqid olundu - Video
18-01-2016, 19:11
20 yanvar şərəf və qürur günümüzdür
11-02-2021, 15:32
"Gloria Palace" MTK “ŞƏMS” körpələr evini uçurdur - NARAZILIQ!
13-06-2016, 12:34
Azərbaycanda yeni futbol klubu yaradıldı
13-11-2015, 14:17
İki başlı qız doğuldu - FOTO
10-02-2018, 12:22
DTX və DİN Ağdamda əməliyyat keçirib: silah-sursat götürülüb
15-05-2015, 17:18
Borc alıb qaytarmayan qadının şikayətinə baxılıb