Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kipr Beyrutdakı partlayışla bağlı rusiyalı biznesmeni axtarır
Tarix: 06-08-2020 | Saat: 11:41
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Aktual | çapa göndər

Kipr Beyrutdakı partlayışla bağlı rusiyalı biznesmeni axtarır

Kiprin təhlükəsizlik xidməti Livanın paytaxtı Beyrutda baş verən partlayışla bağlı araşdırmalar çərçivəsində rusiyalı iş adamı İqor Qreçuşkinin axtarışlarına başlayıUnikal.org xəbər verir ki, bu barədə Yunanıstan KİV-ləri məlumat yayıb.
Bildirilir ki, 2014-cü ildə Livan hökuməti rusiyalı iş adamının gəmisinə həbs qoyub, 2750 ton  selitranı (ammonium şorası) isə müsadirə edib. Yük faciə baş verən günədək limanın anbarında saxlanılıb. 
“Kipr hökuməti ipin ucunu axtarır.  Təhlükəsizlik xidməti isə hazırda Kiprdə olduğu ehtimal edilən Rusiya vətəndaşı İqor Qreçuşkinin axtarışına başlayıb”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib. Ölkənin DİN hesab edir ki, hadisəyə səbəb 2750 ton ammonium selitrasının təhlükəsizlik qaydalarına riayət edilmədən saxlanılması olub. Faciə nəticəsində 100-dən artıq insan ölüb, 5 mindən artıq xəsarət alan var. 


Xəbəri paylaş

8458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___