Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı və Ankara üçüncü döyüşə girir
Tarix: 15-09-2020 | Saat: 13:11
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Qarabağdan xəbər var | çapa göndər



Təqvimdə önəmli günlər çoxdur. İstər hüzn günü olsun, istərsə də bayram. Amma elə günlər var ki, təqvimdə bayram kimi qeyd edilməsə də, xüsusi önəm kəsb edər – insanın doğum günü kimi. Azərbaycan insanı üçün 15 sentyabr məhz belə bir gündür – ölkəmizin doğum günü.
Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə bununla bağlı paylaşımlar görürük: insanlar Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etməsini böyük qürurla xatırlayır.
Burada bir önəmli məqama diqqət çəkmək istəyirəm. Türkiyə türkləri Bakının müdafiəsinə qalxdığı kimi, azərbaycanlılar da Çanaqqalanın müdafiəsinə qalxmışdı. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Prezident İlham Əliyevə göndərdiyi məktubda qeyd etdi və Çanaqqalada döyüşən azərbaycanlıları xatırladı. Belə deyim, bizim demədiyimizi Ərdoğan özü dedi.
Bəzi ölkələr qondarma dostluq nümunəsi yaradaraq, bunu gənc nəsil arasında təbliğ edirlər. Biz isə bu məsələdə çox geri qalırıq. Çanaqqala və Bakı zəfərlərindəki qardaşlıq nümunəsini həm Türkiyə, həm də Azərbaycanda, dərsliklərimizdə ciddi şəkildə təbliğ etməliyik.
Bizim qardaşlığımız tarixin iki önəmli sınağından üzüağ çıxıb: Bakı zəfəri Azərbaycanın, Çanaqqala zəfəri isə Türkiyə dövlətinin mövcudluğuna zəmin yaratdı. Bu iki savaş iki türk ölkəsinin dünya siyasi arenasında varlığının əsas səbəblərindədir.
Biz iki dəfə düşmənə qarşı birləşib qalib gəlmişik. İndi bunu üçüncü dəfə etməliyik və edəcəyik: Qarabağda!


Xəbəri paylaş

7068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___