Balakəndə polisə tabe olmayan şəxslər cəzalandırıldı
Tarix: 15-09-2020 | Saat: 13:21
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm | çapa göndər
Daxili İşlər Nazirliyi (DİN) Balakən rayonunda baş verən hadisə ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki Regional Qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar olaraq keçirilən reyd zamanı Qabaqçöl qəsəbəsi ərazisində yerləşən mağazada obyekt sahibi və onun oğlu tibbi maskadan istifadə etmədikləri üçün onlara pandemiya şəraitinə uyğun olaraq, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi diqqətə çatdırılıb.
Bu zaman həmin şəxslər polis əməkdaşları tərəfindən tutulan iradlardan nəticə çıxarmayaraq, tabesizlik göstəriblər. Daha sonra 2 nəfər qəsəbə sakini də polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb, onlara qarşı müqavimət göstərməyə cəhd ediblər. Bundan sonra bir qrup qəsəbə sakini həmin əraziyə toplaşıb. Polis Şöbəsinin rəhbərliyi hadisə yerinə gələrək, onlarla profilaktik söhbətlər aparıb və sakinlər öz evlərinə gediblər. Polisin qanuni tələbinə tabe olmayan 4 nəfər barəsində isə qanunamüvafiq tədbirlər görülüb.
"Bu faktdan sui-istifadə edən bəzi düşmən qüvvələr tərəfindən maliyyələşən sosial şəbəkələrdə özünü dini icma sədri Afsələddin Axmedov kimi qələmə verən, əslində isə ad, soyadı Eyvaz Heydərov olan şəxs həmin hadisəni təhrif edərək, guya qəsəbə ərazisində milli azlıqların hüquqlarının tapdalanması, polislər tərəfindən onlara qarşı qanunsuz tələblərin irəli sürülməsi barədə əsassız, qərəzli fikirlər səsləndirib. Qəsəbə ağsaqqalları və ziyalıları isə “avarların sıxışdırılması” kimi uydurma fikirlər səsləndirən, qəsəbə sakinləri adından danışan və hazırda Azərbaycandan kənarda yaşayan həmin şəxsi ciddi qınayıblar və digərlərini onun belə təxribat xarakterli fikirlərinə inanmamağa çağırıblar", - Mətbuat Xidmətindən bildirilib.
Xəbəri paylaş
6338 dəfə oxunub.
Digər xəbərlər

3-07-2020, 12:55
Azərbaycan Ordusunun bölmələri karantin rejiminə riayət olunmasına nəzarət üçün cəlb edildi
27-09-2016, 18:58
Roza Zərgərlidən ŞOK: “Çox döyüldüm, işgəncə gördüm, Oğlum cəmi bir neçə saniyə yaşadı” VİDEO
24-08-2023, 10:53
Misir fironları 50 dərəcə istidə necə sərinlənirdilər? – Sirlər
21-11-2017, 11:41
Rasim Balayev müalicə üçün Türkiyəyə göndərilir
22-03-2018, 15:28
Bayram günlərində yol qəzalarında 7 nəfər ölüb, 18 nəfər xəsarət alıb
18-01-2022, 11:19
Bakıda evlənmək məqsədilə 15 yaşlı qızı qaçırdılar
30-03-2017, 12:57
Qadın ərinin avtomobilini nikah şəhadətnaməsi ilə sürə bilər - VİDEO
5-03-2021, 16:51
Ərdoğan şəhidlərin dəfn mərasimində iştirak etdi - FOTOLAR
18-06-2022, 12:30
Qızıllar alınmışdı, xonçalar düzəlmişdi... – Qəzada ölən nişanlı cütlüyün ACI HEKAYƏTİ
15-05-2018, 21:40
Ərdoğandan Netanyahuya: İnsanlıq dərsi istəyirsənsə...