Mehmanxanalarda reydlər APARILIR
Tarix: 25-09-2020 | Saat: 19:05
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Səhiyyə / M2 | çapa göndər
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları” əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Dövlət Turizm Agentliyi və digər aidiyyəti qurumların mütəxəssislərindən ibarət monitorinq qrupu tərəfindən mehmanxanalarda yoxlama nəzarət tədbirləri davam etdirilir.
"Xeberaz.Az" AQTA-ya istinadla xəbər verir ki, pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə 21-24 sentyabr 2020-ci il tarixlərində xüsusi monitorinq qrupları tərəfindən 148 mehmanxanada reydlər keçirilib. Aparılan yoxlamalar zamanı ümumilikdə 128 obyektdə epidemiya əleyhinə, habelə COVID-19-un profilaktikasına dair zəruri qayda və tələblərin pozulduğu müəyyən edilib. Fəaliyyətində nöqsanlar aşkarlanmış mehmanxanalarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb.
Həmçinin mehmanxana sahiblərinə və orada çalışan işçi heyətə koronavirus pandemiyası dövründə mehmanxanaların fəaliyyətinin təşkili ilə bağlı zəruri tələblər və qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Qeyd edək ki, aidiyyəti dövlət qurumları ilə birlikdə təşkil olunan monitorinq qrupları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən mehmanxanalarda yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Xəbəri paylaş
5768 dəfə oxunub.
Digər xəbərlər

15-08-2016, 20:50
Rio-2016: Kamran Şahsuvarlı ½ finalda!
14-12-2018, 15:31
Bakıda toy günü DƏHŞƏTLİ HADİSƏ: gülləni boynundan vurdu və...
7-11-2016, 20:54
Bakıda rəis vəzifədən çıxarıldı - Tıxaca görə
28-12-2016, 18:38
Polis bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
13-02-2016, 11:00
"Sevgililər günü" ilə bağlı qeyri-adi adətlər
15-09-2020, 22:43
Küçədə yatan yeniyetmə ilə bağlı rəsmi AÇIQLAMA
10-08-2021, 21:09
Daha bir deputata qarşı saxta diplom ittihamı - Elnur Allahverdiyevin testdənkənar təhsili…
6-02-2017, 22:17
Bakıya xəstə gətirən təcili yardım maşını qəzaya düşdü
17-05-2019, 14:31
Sabah 33 dərəcə isti olacaq
7-02-2020, 10:54
Çin Azərbaycan Prezidentinə təşəkkür etdi