İqbal Ağazadə qovulan tələbəyə görə rektora müraciət ETDİ
Tarix: 28-11-2020 | Saat: 09:42
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Təhsil / M2 / Reportaj | çapa göndər

“Pərviz adlı gəncin bayrağa sayğısız davranışı təəssüf doğurur. Lakin verilən cəza Pərvizin hərəkətinə adekvat deyil, olduqca ağır, sərt və hüquqa ziddir”.
"Xeberaz.Az" xəbər verir ki, bunu Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlunun ali məktəbdən qovulmasına etiraz edərkən bildirib.
İ.Ağazadə deyib ki, tələbənin hərəkətləri ictimai qəzəb yaradıb, belə həssas məqamda hamımızda ikrah doğurub. Lakin bu hərəkət olsa-olsa qınaq obyektinə çevrilməli, gənc bir tələbınin təhsil hüququnun əlindən alınması ilə nəticələnməməlidir.
“Bəlkə o tələbə sabahın elmlər doktoru, yaxşı tədqiqatçısı ya da meneceri olacaq. Kim bilir...Pərvizə də fürsət verilməlidir, səhvini düzəltmək üçün bu qınaq da yetərlidir. Təhsil nazirinə və Bakı Dövlət Universitetinin rektoruna müraciət edirəm: Pərvizin təhsil almaq hüququnu bərpa edin. Cəzalar hərəkətlərə adekvat olmayanda cəmiyyət cinayətkarlar, pis insanlar yetişdirir. Bir gənci tərbiyə etmək əvəzinə, onu pis insan olmağa məcbur etməyin”,-İ.Ağazadə bildirib.
2278 dəfə oxunub.
Digər xəbərlər

27-11-2018, 15:01
Azərbaycanda ən çox hansı avtomobil sürülür? - SİYAHI
2-03-2016, 11:39
Azərbaycanda dollar bahalaşdı (RƏSMİ)
23-08-2016, 09:24
Bakıda yük maşını ölüm saçdı - VİDEO
31-05-2016, 01:12
Rumıniya mediası 28 Maydan yazdı - Foto
8-01-2016, 11:07
Maonun 37 metrlik qızıl heykəli - Foto
27-10-2017, 10:51
Qazaxıstan latın əlifbasına keçdi
13-12-2017, 15:27
“Buradan İsrailə meydan oxuyuram” - Fələstin prezidenti
21-02-2016, 10:27
Cəbhədən xəbər var
21-04-2016, 14:01
100 yeni təcili yardım avtomobili gətirilib