Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.
"Xeberaz.Az" xəbər verir ki, mundialın beşinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
İlk görüşündə Maksat Jusipovu (Qırğızıstan) mübarizədən kənarlaşdıran Əzrək Bəbirov 1/8 final çərçivəsində tailandlı Panuvat Çunjan-Atla üz-üzə gəlib. 56 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz bu dueldən də qalib ayrılıb. O, rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.
Bəbirov 1/4 finalda Aleksey Şendrixlə (Rusiya) döyüşəcək. Görüş aprelin 19-da keçiriləcək.
Millimizin digər üzvü – Nicat Hüseynov (49 kq) debüt qarşılaşmasında Allan Morozovu (Estoniya) sınağa çəkib. 1/8 final çərçivəsində təşkil olunan döyüşdə həmyerlimiz qələbə qazanmaqda çətinlik çəkməyib – 5:0 (30:25, 30:25, 30:27, 29:27, 29:26).
Onun 1/4 finalda rəqibi macarıstanlı Levent Eqedus olacaq. Hüseynov da növbəti döyüşünə aprelin 19-da çıxacaq.
Qeyd edək ki, daha öncə Əli Zamanov (52 kq) 1/4, Cəlal Qurbanovla (60 kq) Murad Allahverdiyev (81 kq) 1/8 finala yüksəlib. 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyi aprelin 23-də başa çatacaq.
Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazandı
Tarix: 18-04-2021 | Saat: 12:05
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / İdman / Təbriklər | çapa göndər
Xəbəri paylaş
4788 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-04-2021 | Saat: 12:05
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / İdman / Təbriklər | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
20-06-2015, 09:55
Bakı-2015: Radik İsayevə qızıl medalı İlham Əliyev təqdim etdi
25-05-2017, 21:48
Merkeldən Türkiyə AÇIQLAMASI: "Tərk edəcəyik"
25-04-2018, 20:49
Sabah bu ərazilərdə qaz olmayacaq
8-02-2021, 17:44
Günü gündən məşhurlaşan Ramal İsayev dən -Yeniliklər
15-11-2022, 12:30
Yağışlı havada bunu edənlər 40 AZN CƏRİMƏLƏNƏCƏK
1-07-2022, 12:47
Ana yeni doğulan oğlunu tərəvəz və meyvələrlə aclıqdan öldürüb
5-07-2015, 13:05
5 mərtəbəli binadan yıxılan şəxs 1-ci mərtəbənin damında qaldı
14-01-2017, 19:17
Azərbaycanda ŞOK CİNAYƏT: 14 yaşlı uşağı döyə-döyə öldürdülər