Bakıda binanın fasadından qopan üzlük daşı uşağın başına düşüb, VƏZİYYƏTİ AĞIRDIR - VİDEO
Tarix: 02-05-2021 | Saat: 16:36
Bölmə:Karusel / Hadisə / Reportaj | çapa göndər
Xəbəri paylaş
4758 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-05-2021 | Saat: 16:36
Bölmə:Karusel / Hadisə / Reportaj | çapa göndər
Bakıda binanın fasadından qopan üzlük daşı yaxınlıqdan keçən uşağın başına düşüb. Nəticədə daş uşağa ağır xəsarət yetirib.
Hadisə ötən gün paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində baş verib.
Rafiq İsgəndərov küçəsi 4 ünvanında yerləşən beşmərtəbəli binanın fasad hissəsindəki üzlük daşı həmin binada yaşayan 12 yaşlı Əli adlı uşağın başına düşüb. Nəticədə ciddi xəsarət alan uşaq huşunu itirərək yerə yıxlılıb.
Təcili yardım briqadası onu xəstəxanaya aparıb. Uşağın vəziyyəti ağırdır və o, reanimasiya şöbəsinə yerləşdirilib.
Sakinlər deyirlər ki, sözügedən binada problemdən əvvəldən xəbərləri olub. Hətta təhlükəli vəziyyətlə bağlı ərazi üzrə 144 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət də ediblər.
Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin də əməkdaşları gələrək ərazini təhlükəsizlik lenti ilə bağlayıblar. Məsələ ilə bağlı 144 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə getdik. Birliyin müdiri bizi görən kimi qaçmağa başladı. Onu dayandırıb suallarımızı vermək istəyimiz isə baş tutmadı.
Səbail Rayon İcra Hakimiyyətindən ''Xəzər Xəbər''ə bildirdilər ki, hadisə baş verən bina onların deyil, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 Saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nəzdindədir.
Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirildi ki, həmin bina Səbail rayonu ərazisindədir və binadakı təhlükəli vəziyyət onlar tərəfindən həll olunmalıdır.
Xəbəri paylaş
Digər xəbərlər
7-08-2015, 11:36
Tuncelidə teroristlərə belə dərs verildi - VİDEO
3-04-2015, 23:54
Mahir Şükürov Türkiyədə məşqə buraxılmadı
10-08-2018, 11:16
"WhatsApp"-ın təhlükəli zəif nöqtəsi aşkarlanıb
8-01-2018, 11:46
ASAN xidmətə 19 milyonuncu müraciət
19-05-2020, 19:40
Acun bu futbol klubunu alacaq
16-07-2017, 22:56
Nəticələr açıqlandı - İki abituriyent 700 bal toplayıb
27-11-2021, 10:59
“Hamı peyvənd edilməyincə pandemiya bitməyəcək” - Bayden
1-10-2015, 15:00
İlham Əliyev hakimlərin yerini dəyişdi
10-05-2016, 04:47
Azad: “Ad günüm Ulu Öndərin doğum günü ilə eyni tarixdədir...”