Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Toylar qadağan edilib ki, azərbaycanlıların sayı azalsın" - deputatdan ilginc açıqlamalar
Tarix: 08-06-2021 | Saat: 10:17
Bölmə:M / Karusel / Gündəm | çapa göndər



"Bizim məmləkətdə bir il üç aydır toylar qadağan edilib ki, azərbaycanlılar kütləvi şəkildə ailə qurmasınlar. Güdülən nəticə budur: dünyada daha çox azərbaycanlının sayı azalsın!”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Millət vəkili Fazil Mustafa özünün “facebook” səhifəsində yazıb. O bu azalmanı Ermənistanın basdırdığı minalar nəticəsində dünyasını dəyişən azərbaycanlılarla müqayisə edib:
"Anlaşılandır. Ermənilər mina basdırıblar ki, hər hansı bir azərbaycanlı üzərinə çıxsın və partlayış nəticəsində ölsün. Güdülən nəticə budur: az da olsa dünyada azərbaycanlının sayı azalsın!
Anlaşılmazdır. Bizim məmləkətdə bir il üç aydır toylar qadağan edilib ki, azərbaycanlılar kütləvi şəkildə ailə qurmasınlar. Güdülən nəticə budur: dünyada daha çox azərbaycanlının sayı azalsın!
Mənaca bir-birinə dəxli olmayan fərqli-fərqli sillogizmlərdən oxşar nəticələrin çıxmasına görəsən məntiqdə necə izah verirlər? Lütfizadənin itkisini indi hiss edirik e... Formal məntiqə uyğun gəlmirik, qeyri-səlis məntiqə də yaxın düşməyə səlisliyimiz imkan vermir. 2039-cu ildə o dövrə qədər pandemiyadan sağ çıxan qocaman müxalifətçilər döşəyəcəklər yazıq səfərbərlik üzrə dövlət rəisinin qabırğasına: belə xəyanət olar, orduya niyə yüz-yüz əlli adam çağırmısan? Duymadıq, oxumadıq deməyin".
 


Xəbəri paylaş

8058 dəfə oxunub.

Digər xəbərlər
24-04-2016, 13:02 Sabah üçün HAVA PROQNOZU

bütün xəbərlər
____ Instagram ___