Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı əsirlərə işgəncələr verən erməni cinayətkarlar barəsində məhkəmə prosesi bu gün davam etdirilib.
Tarix: 16-06-2021 | Saat: 13:02
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Qarabağdan xəbər var | çapa göndər

❗️Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan törətdikləri əməllərlə bağlı Yasamal rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsi tərəfindən keçirilən növbəti məhkəmə iclasında zərərçəkənlər dindirilib.  
?Zərərçəkən Famil Əliyev: "Əsir düşəndən bir neçə gün sonra Şuşa həbsxanasına gətirilib. Bu şəxslərin ikisini də Şuşa həbsxanasında tanımışam. Bakıda üzləşəndə üz cizgilərindən və həmin vaxt çəkilən fotolardan onları tanıdım. Bu şəxslər bizə dəhşətli işgəncələr verib. Təsəvvür edin yolda otu təmizlədəndən sonra bizə niyə otu incitdiyimizi deyib otun çıxdığı yeri yalatdırırdılar. “Dubinka” ilə o qədər döyürdülər ki, “dubinka” sındı və orada bildim ki, “dubinka”nın içində tros olur. Bizi həmçinin tez-tez Şuşadakı qəbiristanlığa aparıb qəbirləri qazdırırdılar. İnsan kəllələrini çıxardıb qızıl diş axtarırdılar. Sonra siqaret kötüyünü qəbirə atıb bizim yenidən onu qazıb çıxarmağımızı tələb edirdilər. Şuşa həbsxanasında ayaq dırnaqlarımı çıxarıblar. Eyni zamanda dəfələrlə Samvel Babayanın fermalarına aparıb bizi işlədirdilər və orada ağır işgəncələr verirdilər".


Xəbəri paylaş

5408 dəfə oxunub.

Digər xəbərlər
21-04-2018, 16:08 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___