Gəncə şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşları Operativ Qərargahın qəbul etdiyi qaydaların yerinə yetirilməsinə nəzarət məqsədi ilə tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ŞBPİ-nin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları aidiyyəti qurumların əməkdaşları ilə birlikdə keçirdikləri müvafiq tədbirlər nəticəsində bəzi şadlıq saraylarında karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması aşkar edilib.
Belə ki, "Tural" və "Min Bir Gecə" şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilməyib. Həmin şadlıq saraylarının rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər 25 gün müddətə inzibati qaydada həbs edilib.
ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə "Gəncə Palas" şadlıq sarayının müvafiq portalda qeydiyyat aparmayaraq toy məclisi keçirməsi məlum olub. Restoran rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər 10 gün müddətə inzibati qaydada həbs edilib.
"Min Bir Gecə"nin rəhbəri həbs olundu - Toya görə
Tarix: 21-07-2021 | Saat: 11:05
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
6128 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-07-2021 | Saat: 11:05
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
7-01-2016, 12:40
Mübariz Ağayev parkda yeyib-içmək məclisi qurdu, ara qarışdı
26-11-2018, 16:05
Təmiz qəlbə malik olmaq kifayətdir, yoxsa namaz qılmaq vacibdir?
22-05-2015, 22:48
Əli Həsənov: Vətəndaş cəmiyyəti hakimiyyətin tərəfdaşıdır
25-07-2016, 11:32
7 gündən sonra gözlərinizə inanmayacaqsınız
11-04-2017, 12:52
Qeyri-sabit hava davam edəcək
24-08-2021, 13:13
Polisi təhdid edib "TikTok"da paylaşan şəxs kimdir? - DİN-dən AÇIQLAMA
15-03-2022, 11:56
"Tarix boyu bu xristianlar daim biz müsəlmanları qırıblar"
12-03-2015, 22:47
Əsil yetənək budur izləyin.
14-03-2017, 12:11
Yeni ana olan Kəmalə əri və oğlu ilə - FOTOLAR
21-10-2015, 17:26
Con Kerri Avropa və Orta Şərqə səfərə çıxır