Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənistan yeni müharibəyə nə vaxt başlaya bilər? - Amerikalı ekspertdən ÖZƏL AÇIQLAMA
Tarix: 25-09-2021 | Saat: 11:37
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər


"Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxışı zamanı "Biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsək, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik" deməklə Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə sərhəd təxribatlarının davam etdiyi üçün özünümüdafiə tədbirlərinin mümkünlüyünə işarə edib".
Bunu açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.
Amerikalı ekspert bildirib ki, Ermənistan ikili oyun oynayır:
"Azərbaycan Prezidentinin Assambleyada səsləndirdiyi fikirləri təhlükəsizlik tədbirləri öncəsi Ermənistan hakimiyyətinə, revanşist qüvvələrə verilən son təlimat da adlandırmaq olar.
Digər tərəfdən, geniş mənada bu mesajlar Ermənistanın üçtərəfli sazişin tam şəkildə yerinə yetirməməsinə, müvafiq strateji dəhlizlərin açılması prosesinin ləngidilməsinə və sülh sazişinin gecikdirilməsinə bir işarədir. Son təhlillərdən də belə bir nəticə ortaya çıxır ki, Ermənistan hər iki tərəfə oynayır, iki dil danışır. Bir tərəfdən, onun Parlamenti sülh prosesini davam etdirmək üçün açıq görünür və Ermənistan hökumətinin iqtisadi və siyasi inteqrasiyadan, AB-dən və beynəlxalq dəstəyindən faydalanmaq istədiyinə işarə edən proseslərə heç bir birbaşa maneə törətmir, digər tərəfdən isə təzminat məsələsini icra etməkdən imtina edir, 30 il ərzində təcavüzü azmış kimi yenidən ərazi iddiaları ilə çıxış edir, mina xəritələrini Azərbaycana vermir və s. Əlbəttə ki, bu da davam edəcəyi halda təxribatların artacağı istisna edilmir.
Ermənistanın müharibədən fiziki və iqtisadi cəhətdən darmadağın olaraq ayrılmasından, Rusiya tərəfindən açıq-aşkar konkret hər hansı bir dəstəyin olmamasından sonra, İrəvan Azərbaycanla bir də heç bir böyük savaşa başlamaq iqtidarında deyil. Bunun üçün Ermənistanın müharibə zamanı Azərbaycanın texnoloji yeniliklərini nəzərə alaraq, bu sahədə rəqabət qabiliyyətli olmaq üçün kifayət qədər yaxşı təchiz olunmalı və hazırlanması məqsədilə bir müddət keçməlidir. Buna görə də, Ermənistanın təxribatlara və asimmetrik təhdidlərə yol verməklə sərhəddə gərginlik yaratmaqda davam etməsinə baxmayaraq, yaxın gələcəkdə bölgədə yenidən böyük hərbi əməliyyatların baş vermə ehtimalı çox aşağıdır".




Xəbəri paylaş

3518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___