Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda kişidən instaqram kodunu verməyən xanımına qarşı DƏHŞƏTLİ ƏMƏL - TƏFƏRRÜAT
Tarix: 25-09-2021 | Saat: 11:42
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda kişidən instaqram kodunu verməyən xanımına qarşı DƏHŞƏTLİ ƏMƏL - TƏFƏRRÜAT
Bu ilin 1 fevral tarixində Suraxanı rayonu Əmircan qəsəbində 1988-ci il təvəllüdlü Ehtibar Qasımovun həyat yoldaşı Fəridə Qasımovanı qətlə yetirməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə E.Qasımov 2009-cu ildən rəsmi nikahda olduğu və 2 azyaşlı uşağının anası olan Fəridəni qısqanclıq zəminində öldürdüyünü bildirib. Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs həyat yoldaşının onu saymadığını, başqa şəxslərlə yazışdığını deyib: “Fəridə anamın xalası nəvəsi olub. Öz ailəm, valideynlərim və qardaşımın ailəsi ilə bir evdə yaşamışıq. Fəridənin mobil telefonu olmadığından instaqrama mənim telefonumla girirdi. Hər gün işdən evə gələndə telefonu masanın üzərinə qoyurdum. 2020-ci ilin yay aylarında Fəridədən şübhələnib yataq otağına keçəndə telefonu onun əlində tutdum. Həmin vaxt Fəridə instaqramdan çıxa bilmədiyi üçün ekranda “Həsən” adlı profili və həmin oğlanla ikisinin birlikdə şəkillərini gördüm. Fəridə mənə guya şəkilləri montaj etdiyini, həmin oğlanı tanımadığını, həmçinin instaqramda qrup açdıqlarını, orada hamının danışdığını dedi. Həmin vaxt Fəridəni bir dəfə döydüm, lakin şikayət olmadığı üçün bununla bağlı hüquq-mühafizə orqanında heç bir araşdırma aparılmadı. 29 yanvar 2021-ci il tarixdə işdən evə gəlib yenə telefonu stolun üzərinə qoydum və gecə saat 12 radələrində uşaqların otağına keçib uzandım. Telefonu uşaqlar oyanmasın deyə həmişə qonaq otağına qoyurdum. Bir qədər sonra Fəridənin digər otaqda güldüyünü eşidib tez yataq otağına keçdim, Fəridə isə məni görən kimi telefonu gizlətdi. Fəridədən kimlə danışdığını soruşduqda guya mahnıya qulaq asdığını, özü üçün zümzümə etdiyini dedi. Cəld odeyalın altından telefonu çıxarıb baxanda instaqramda “Qaqaş Seyfəlov” adlı profildəki oğlanla söhbət etdiyini, bir-birinə nağıl danışdıqlarını, keçmiş günlərdən, uşaqlıqlarından söhbət etdiklərini gördüm. Fəridə telefonu əlimdən almağa çalışan zaman yumruqla və dabanımla Fəridənin çiyninə, üzünə və başına vurdum. Səhərisi gün, yəni 30 yanvar 2021-ci il tarixdə Fəridənin anasını çağırıb bu barədə söhbət etdik. Həmin söhbətdə qayınanam bu barədə qayınatama heç nə deməməyimizi xahiş etdi. Qayınanama telefonda olan Fəridə ilə həmin oğlanın yazışmalarını, şəkillərini, səs yazılarını göstərdim. O da bunları görəndən sonra qızına 1-2 şillə vurdu. Lakin son 2-3 gündə Fəridənin telefonundakı instaqram hesabına ard-arda mesajlar gəlirdi, lakin Fəridə mənə instaqram kodunu demədiyi üçün həmin mesajları oxuya bilmirdim. 1 fevral 2021-ci il tarixdə saat 18 radələrində işdən qayıdanda yenə instaqram hesabının kodu ilə bağlı aralarında mübahisə oldu və Fəridəni evin içində qonaq otağında yumruq və təpiklə döyüb bədəninin müxtəlif nahiyələrinə vurdum. Bundan sonra mətbəxə qaçıb oradan bıçaq götürdüm. Fəridə əlimdəki bıçağı görən kimi qorxub həyətə qaçdı. Həyətdə Fəridəyə çatan kimi ona 3-4 bıçaq zərbəsi endirdim, ikinci bıçaq zərbəsini vurandan sonra Fəridənin səsi kəsildi. Bundan sonra uşaqlar evdə tək qaldığı üçün evə girib atama zəng edərək Fəridəni bıçaqladığını dedim. Təxminən 10 dəqiqə sonra atamgil gəldi və Fəridəni həyətdən qonaq otağına gətirib təcili tibbi yafrdıma və polis bölməsinə zəng edərək hadisə barədə məlumat veriblər. Hər şey bir anın içində oldu. Əməlimdən peşmanam”.
Məhkəmədə çıxış edən zərərçəkmiş tərəf də hadisənin social şəbəkə yazışmaları üstündə baş verdiyin, Fəridənin əslində çox tərbiyəli, ailəsinə bağlı olduğunu, heç vaxt mobil telefon işlətmədiyini, Ehtibarın onu qısqanclıq zəminində öldürdüyünü bildiriblər.
Məhkəmə 33 yaşlı E.Qasımovun 10 il 6 ay müddətində azadlıqdan məhrum edilməsinə qərar verib.







1138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___