Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəhid ərinin anım mərasiminə gedən qadın qəzada öldü - Yenilənib
Tarix: 21-10-2021 | Saat: 17:59
Bölmə:Karusel / Hadisə | çapa göndər

Şəhid ərinin anım mərasiminə gedən qadın qəzada öldü



Zərdabda şəhid həyat yoldaşının anım mərasiminə gedən qadın Kürdəmir yolunda qəzaya düşərək ölüb.
Vətən müharibəsində şəhid olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı Ələsgərova Günel İnqilab qızı Bakıdan rayona anım mərasiminə gedirmiş. Yol qəzası Kürdəmir yolunda baş verib.
Avtomobildə olan digər sərnişin də qəzada ölüb.
Zərdab rayon İcra Hakimiyyəti başçısının köməkçisi Səməd Cəfərov faktı təsdiqləyib.
Qeyd edək ki, mayor Rəhim Hüseynov ötən il oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. O, ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Rəhim Hüseynov və Günel Ələsgərovanın 3 azyaşlı övladı olub. 


Xəbəri paylaş

6218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___