Amerikalı psixiatr Uma Naydu yaddaşın yaxşılaşmasına kömək edən, depressiya və narahatlığın qarşısını alan məhsulların adlarını açıqlayıb.
Bu barədə "Sputnik" CNBC-yə istinadla yazır.
Beyin hüceyrələrini sağlam saxlamaq üçün mütəxəssis tünd şokolad yeməyi məsləhət görür və deyir ki, nə qədər tünd olarsa, o qədər yaxşıdır. Tünd şokoladda beyin hüceyrələrinə faydalı təsir göstərən antioksidantlar və flavanollar var. Eyni zamanda normanı qorumaq lazımdır, çünki şokoladın çoxluğu qan damarları üçün zərərlidir. Araşdırmalar göstərib ki, rasionda tünd şokoladın optimal miqdarı həftədə 45 qram təşkil edir.
Giləmeyvə də beyin üçün olduqca faydalıdır. Naydunun sözlərinə görə, giləmeyvədə yaddaşı gücləndirən, koqnitiv qabiliyyətlərinin itirilməsini yavaşladan və oksidləşdirici streslə mübarizə üçün vacib olan antioksidantlar, qida maddələri, liflər, vitaminlər və minerallar var.
"Əlavə olaraq, müxtəlif giləmeyvələri yemək narahatlıq pozğunluğunun simptomlarını zəiflətməyə və demensiya kimi neyrodegenerativ xəstəliklərin qarşısını almağa kömək edir", - deyə Naydu izah edib.
Narahatlığı azaltmağın və koqnitiv qabiliyyətlərin qorunub saxlanmasının başqa bir yolu da sarıkök yeməkdir. Göyərti, əsasən də ispanaq, manqold və acıqıjı yemək beyin üçün faydalı deyil: onların tərkibində folotalar var ki, bunlar da depressiya simptomlarının güclənməsinə səbəb ola bilər. Sonda Naydu turş kələm, miso, çay göbələk içkisi, qatıq və yoğurt daxil olmaqla daha çox mayalanmış məhsulları qidaya qəbul etməyi məsləhət görür.
Depressiya və narahatlığın qarşısını alan 3 MÖCÜZƏ
Tarix: 25-10-2021 | Saat: 08:56
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Xəbəri paylaş
3928 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 25-10-2021 | Saat: 08:56
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
26-09-2018, 14:52
Ağadadaş Ağayevin Səmədə maşın, ev qiymətində hədiyyəsi - VİDEO
21-10-2021, 08:52
Sağlam və cavan qalmaq istəyənlərin məhsulu - TƏBİƏTİN MÖCÜZƏSİ
24-07-2016, 09:52
Üç uşaq anası intihar edib
25-03-2023, 11:28
Oruc tutarkən baş ağrılarından necə xilas olmalı?
5-10-2016, 01:05
4-cü sinif şagirdi olan qızla kolluqda sekslə məşğul oldum
1-04-2016, 13:50
XİN-dən Sarkisyanın ABŞ-dakı çıxışına — Münasibət
21-07-2015, 22:22
Atasının qatilini öldürən 25 yaşlı gəncin məhkəməsi başlayır – FOTO
26-04-2016, 21:07
Ermənilərin atəşə tutduğu evlər bərpa edilir - Video
6-07-2017, 11:26
Əfsanəvi futbolçu fəxri vətəndaşlıq aldı
7-04-2017, 11:14
Azərbaycanda valideyn məsuliyyətsizliyinin DƏHŞƏTLİ nəticəsi: 4 YAŞLI UŞAQ DİRİ-DİRİ YANDI