Şəki rayon sakininə məxsus "VAZ-2107" markalı avtomobilin şəhər ərazisindən naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırılması barədə Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi Ağdaş rayonu Yeniarx kəndi ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb və hadisəni törədən şəxsin Göyçay şəhər sakini Heydər Heydərli olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və istintaqa təhvil verilib.
Araşdırma zamanı məlum olub ki, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş H.Heydərli həbs müddəti başa çatıb, cəzaçəkmə müəssisəsindən çıxdıqdan təxminən 15 dəqiqə sonra avtomobili qaçırıb və yaşadığı Göyçay rayonuna getmək istəyib. Lakin təkəri partladığından o, nəqliyyat vasitəsini yolun kənarında tərk edib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, H.Heydərli təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Həbsdən çıxan şəxs 15 dəqiqə sonra yenidən cinayət törədib - FOTO/VİDEO
Tarix: 04-12-2021 | Saat: 11:11
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
3568 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-12-2021 | Saat: 11:11
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
18-10-2018, 12:15
"Yevrey toylarına ancaq Şəbnəmi tələb edirlər" - Xəyyam Nisanov
20-05-2022, 10:08
Xoşqədəm Hidayətqızı məhkəməyə verildi
3-12-2016, 21:21
Bakıda professoru döyüb bloka atdılar
6-08-2017, 13:08
İki bacı İnstaqram-da canlı yayımda öldü - VİDEO
19-08-2017, 18:39
Vüsalə qızı ilə Qubada dincəlir - fotolar
14-02-2017, 14:59
Bələdiyyələrin sayı azaldılır? - Milli Məclisdə TƏKLİF
15-11-2015, 11:47
Sürücülərin nəzərinə: Qadağa qüvvəyə mindi
14-07-2015, 12:32
Leyla Əliyeva öz gözəlliyi ilə Asiyanın gözəllərinə gözəllik qatdı
15-04-2016, 15:06
32 məktəb direktoru vəzifəsindən azad edilib