Şəkidə fərdi yaşayış evindən oğurluq edən şəxs polis şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polisə müraciət edən zərərçəkmiş qadın ona məxsus mənzildən 5 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsin şəhər sakini Ramiz Cabbarov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib. Araşdırma zamanı R.Cabbarovun qızıl-zinət əşyalarını oğurladıqdan sonra Bakı şəhərinə apararaq orada satdığı, əldə etdiyi pulu isə əyləncə mərkəzlərində xərclədiyi məlum olub.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Oğurladığı qızılları satdı, pulu əyləncə mərkəzlərində xərclədi
Tarix: 13-01-2022 | Saat: 09:16
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
5418 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-01-2022 | Saat: 09:16
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
7-07-2019, 12:17
Bu gün qəbul imtahanı keçiriləcək
26-04-2017, 12:15
Elçin Cəfərov hamilə xanımı ilə toyda - FOTO
28-03-2020, 10:12
Aslan İsmayılov kimlərdən yazır...
25-06-2015, 12:33
Metroda rəqs edən cütlük internetdə fenomen oldu (VİDEO)
3-03-2016, 14:12
Mərkəzi Bankın hüquqi statusu dəyişdirilir
15-04-2015, 22:58
Xocalı ilə bağlı BƏYANAT
24-03-2017, 21:15
Rusiyada xarici sürücülərlə bağlı - Qadağa
6-07-2015, 14:29
Azərbaycanda hərbi zavodda partlayış
13-05-2018, 21:33
Azərbaycanda nişanlısının yaşını öyrənən qız evdən qaçdı
10-10-2016, 16:55
Afaq tanınmış müğənnini Bakıya gətirir - FOTOLAR