Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağdama gedəndə bunlara əməl edin!
Tarix: 19-01-2022 | Saat: 08:44
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər



“Ağdam rayonu üzrə ümumilikdə 780 hektar ərazi minalardan təmizlənib. Təmizlənmiş ərazilərdə 1800 mina və partlamamış hərbi sürsatlar aşkar olunub”. 
Bunu Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə deyib.
Qurum rəsmisi Ağdama gedəcək vətəndaşlara xəbərdarlıq edib. O, vətəndaşları bəzi təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb:
“Ağdama gedən yolun sağ və sol hissəsi yaxın məsafədə təmizlənilib. Yollardan daha çox qırağa çıxılması təhlükə deməkdir. Dayanacaqlardan kənara çıxmaq olmaz. Rayon ərazisində daha çox Ermənistan istehsalı olan minalar olub. Təmizləmə əməliyyatı zamanı dəmir su borularının içərisinə yerləşdirilmiş və xüsusi formaya salınmış xeyli saytda partlayıcı maddələrə rast gəlmişik. Buna görə naməlum əşyalara toxunmaq olmaz. Ərazilərdə xeyli sayda marifləndirici lövhələr yerləşdirilib. 
Ağdam şəhərində təmizləmə işləri demək olar ki, tamamlanır. Yollar və çoxlu sayda obyektlər minalardan təmizlənib. ANAMA və dövlət qurumlarının əməkdaşlarının təlimatlarına əməl olunmaqla həmin ərazilərə səfər etmək olar”.








Xəbəri paylaş

3448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___