Abşeronun Masazır qəsəbəsində ağır yol qəzası baş verib.
Xeberaz.Az APA-ya istinadən xəbər verir ki, hadisə Əliağa Vahid küçəsində qeydə alınıb.Rza Məmmədov idarə etdiyi "Toyota" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olub.
O, sükana nəzarəti itirərək nəqliyyat vasitəsini əvvəlcə rabitə qovşağına, daha sonra işıqfora çırpıb. İşıqfor və rabitə qovşağı sıradan çıxaraq yararsız hala düşüb.İdarəetmədən çıxan avtomobil isə aşıb.
Qəza nəticəsində sürücü R.Məmmədov və sərnişin Elmir Həsənli ağır xəsarət alaraq avtomobilin salonunda sıxışıb qalıb. Əraziyə gələn FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hər iki yaralını xüsusi texnika ilə salondan çıxararaq Təcili Tibbi Yardım Xidmətinə təhvil verib.Məlum olub ki, R.Məmmədovun çiyni sınıb, sərnişində isə aldığı zərbələrdən daxili qanaxma olub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, R.Məmmədov və E.Həsənli polis serjantlarıdır. Hər ikisi Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarıdır.
Abşeronda polislər qəzaya uğrayıb, ağır xəsarət alanlar var - FOTO
Tarix: 20-01-2022 | Saat: 11:47
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Xəbəri paylaş
3718 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-01-2022 | Saat: 11:47
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Məqaləyə dair fotomateriallar:
Xəbəri paylaş
Digər xəbərlər
22-05-2017, 13:51
Ərdoğan Azərbaycana görə erməni siyasətçiylə mübahisə elədi
8-10-2017, 19:49
7 yaşlı uşağa qaraciyər köçürüldü
3-10-2019, 21:31
İmişlidə Maliyyə Sistemi Necə Iflic Duruma Gətirilib… – İTTİHAM
17-08-2020, 12:23
Kafe və restoran sahiblərinə XƏBƏRDARLIQ
31-05-2018, 11:58
"Maşın" onun üçün əldən getdi...
25-03-2020, 09:50
Türkiyədə koronavirusdan ölənlərin sayı artdı
18-02-2016, 20:59
Məşhur restoran əxalqıszlıq yuvası imiş - FOTOLAR
1-10-2018, 11:57
Bakıda qadın ərinin pulu ilə sevgilisinə “Range Rover” aldı
31-05-2015, 12:08
Daha bir məscid partladıldı: onlarla ölü (VİDEO)