Bütün qadınlar evlərində dibçək yetişdirməyi xoşlayırlar. Evdə saxlanılan hər bir dibçəyin özünəməxsus gözəlliyi və ya ətri olur. Dibçək çiçəkləri evə səkitlik, gözəllik və xoş atmosfer bəxş edir. Astroloqlar hər bir çiçəyin evin atmosferinə bir cür təsir etdiyini qeyd edirlər. Onların dediklərinə görə bəzi dibçək gülləri evlərə neqativ, bəziləri isə pozitiv təsir göstərir. Onların dediklərinə görə hətta, bəzi dibçək gülləri evə həşərat yığılmasına, bəziləri isə ev sahibinin xoşlamadığı "qonaqları" evdən uzaqlaşdırmağa qadirdir.
Evdəki atmosferə təsir edə bilən dibçəklərdən biri də ətirşahdır. Mütəxəssislər ətirşah bitkisindən hər evdə saxlamağı məsləhət bilir. Bu bitkinin evdə becərilməsini vacib edən 9 səbəbi sizə açıqlamaq istəyirəm. onkoloji
1. Ətirşah ev adamlarında olan depressiya əlamətlərini aradan qaldırır, sinir sistemini möhkəmləndirir. Dibçək qoyulduğu yerdə otağın pis havasını neytrallaşdırır.
2. Ətirşah dibçəyini sevdiyiniz adama rahatlıqla hədiyyə edə bilərsiniz. Bu bitki olan evdə qarşılıqlı anlaşma və sevgi olur.
3. Ətirşah yarpaqlarında efir yağları çoxdur. Bunu hiss eləmək üçün onun yarpaqlarına toxunmaq kifayətdir. Efir yağı ən çox ətirşahın günəş şüalarına məruz qaldığı zaman daha çox özünü bildirir.
4. Ətirşahın qoxusu evdən ağcaqanadları və həşəratları qovur.
5. Ətirşahdan baş ağrıları və soyuqdəymə zamanı istifadə etdikdə xəstəliyin əlamətlərini aradan qaldırır. Ətirşah otağın havasını təmizləməklə yanaşı, bakteriyaları da öldürür. Onun şirəsini qulağa damdırdıqda qulaq ağrısı kəsilir.
6. Ətirşah yağı hormonların normallaşmasına səbəb olur. Axşam içilən çaya 5 damcı ətirşah yağı damızdırmaq sizə romantik bir gecə yaşada bilər.
7. Ətirşah sinir sistemi, arterial təzyiq, yuxusuzluq, mədə-bağırsaq xəstəlikləri zamanı çox faydalıdır. Ətirşahın dəmləməsi qara ciyər və öd kisəsi problemlərini həll edir. Diş ağrısı zamanı yarpaqlarını çeynəmək ağrını aradan qaldırır.
8. Radikulit zamanı ətirşah yarpaqlarını əzib bel nahiyəyə oymaq ağrını aradan qaldırır.
9. Parapsixologiyada ətirşahın biosahəsi olduğu iddia edilir. Bu səbəbdən də ətirşah bəslənən evdə onkoloji xəstələrin olmadığı söylənilir.
Bu dibçəkdən hər evdə olmalıdır, çünki bu çiçəyin...
Tarix: 12-05-2022 | Saat: 11:36
Bölmə:Karusel / Maraqlı | çapa göndər
2108 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-05-2022 | Saat: 11:36
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Digər xəbərlər
24-09-2016, 12:40
Nəğməkar şair Sevinc Şirin hansı tanınmış aktrisa ilə yeni layihə təqdim edəcək?– (FOTO+VİDEO)
3-12-2016, 23:01
Qara nöqtələr və sızanaqlardan azad olun
18-08-2020, 21:36
Kim Çen Indən tarixdə görünməmiş qadağa
22-07-2015, 16:08
Suriyada “Əl-Qahidə” liderlərindən biri məhv edildi
7-01-2017, 16:38
Bakı-Şamaxı yolunda yeni TƏHLÜKƏ - FOTO
2-09-2017, 22:48
İlham Əliyev Lənkərana səfər edib
17-01-2021, 16:31
Azərbaycanda daha 11 nəfər koronavirusdan öldü - 322 yeni yoluxma
23-04-2016, 11:48
Aygün Kazımova dəyişib belə oldu - foto
14-02-2016, 13:21
Vidadi Zeynalovun həbs müddəti artırıldı - 4 AY