Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Təranə Səmədova narkotikə görə cəzalandırılıb - VİDEO - YENİLƏNİB
Tarix: 12-05-2022 | Saat: 11:39
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər

Təranə Səmədova narkotikə görə cəzalandırılıb - VİDEO 



Tanınmış prodüser Təranə Səmədovanın polis əməkdaşları tərəfindən saxlanılmasının səbəbi məlum olub.
O iki gün əvvəl Nəsimi rayonu ərazisində narkotikə görə saxlanılaraq aidiyyəti üzrə polis bölməsinə aparılıb.
Bu zaman T.Səmədova polisə müqavimət göstərərək tabe olmamağa çalışıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokollar tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən, T.Səmədovanın barəsində 400 manat məbləğində cərimə edilib.
Xatırladaq ki, aprelin 27-də T.Səmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilmiş, Abşeron Rayon Məhkəməsi onun barəsində 200 manat məbləğindəhttps://report.az/hadise/terane-semedova-polise-muqavimet-etdiyine-gore-cerimelenib/
Qeyd edək ki, T.Səmədova 2019-cu ildə Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub. Ali Məhkəmənin qərarı ilə T.Səmədova azadlığa buraxılıb.
*** 09:08
Aparıcı Lalə Azərtaş açıqlaması ilə diqqət çəkib. 
O, aparıcısı olduğu "Təsir dairəsi" verilişində Təranə Səmədovanın həbs olunduğunu deyib:
"Efirə gələrkən vəkil Ramil Rüstəmov zəng vurub mənə Təranə Səmədovanın polis tərəfindən saxlanıldığını bildirib. Əvvəlcə onunla əlaqə saxlaya bilməsəm də, bir müddət sonra danışdım və Təranə özü də məlumatı təsdiqlədi".
Lalə Azərtaş bildirib ki, prodüser 400 manat cərimə ödədikdən sonra sərbəst buraxılıb.
Səmədovanın polisə müqavimət göstərdiyi üçün saxlanıldığı qeyd edilib.









  • +1
055 225 


Xəbəri paylaş

5008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___