Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qəbizliyin, qocalmanın qarşısını alan QƏDİM BİTKİ
Tarix: 14-05-2022 | Saat: 10:20
Bölmə:Karusel / Maraqlı | çapa göndər


Zeytun ən qədim yetişdirilən bitkilərdən biridir. Hələ eramızdan çox-çox əvvəl zeytun və zeytun yağı qidalanmada istifadə olunurdu.
Adətən zeytun yağının sağlamlığa faydalı olması barədə hər zaman deyilir. Amma zeytunun özünün də çox faydalı olduğunu bilirdinizmi? Dünyanın ən sağlam ərzaqları qrupuna daxil edilən zeytunun inanılmaz faydaları barədə məlumat veririk.
- Zeytun ürək və qan damarlarını aterosklerozdan qoruyur.Tərkibində olan E vitamini və polifenollar sağlamlıq üçün faydalıdır.
- Yarpaqları və qabıqları, yüksək təzyiqi salmağa kömək edir.
- Zeytun qandakı şəkərin və xolesterolun miqdarını azaltmaq qabiliyyətinə malikdir. Qidalandırıcı bitkidir.
- Əczaçılıqda, bəzi dərmanların hazırlanmasında da istifadə edilir.
- Bu bitkinin yarpaqları oleuropein, oleasterol, lein, olein turşusu və antioksidantlardan ibarətdir.
- Zeytun A, D, E və K vitaminləri baxımından çox zəngindir, eyni zamanda, kalsium itkisinin qarşısını alır.
- Qalın bağırsaq, prostat, mədə və pankreas xərçənginə tutulma riskini azaldır.
- Ürək-damar xəstəliklərindən qoruyucu təsiri var.
- Qaraciyəri qoruyur.
- Sümükləri gücləndirir.
- Qəbizliyin qarşısını alır.
- Həzm sisteminin işləməsinə kömək edir.
- Virus, bakteriya və göbələklərə qarşı qoruyucudur.
- Uşaqlarda sağlıqlı diş inkişafının tamamlanmasına kömək edir.
- Hüceyrələri təzələyir, beləliklə, qocalmanı gecikdirir və ömrü uzadır.
- Zeytun və zeytun yağının qocalmanı gecikdirici təsiri var. Tərkibindəki “Oleuropein” maddəsinin hüceyrə təzələyici xüsusiyyətə malikdir. Bu maddə xərçəngə qarşı müsbət nəticə verən bir maddədir.
- Zeytunun tərkibindəki yağ yüksək təzyiq problemi olan xəstələrə müsbət nəticələr verir və təzyiqi tənzimləyir.
Ancaq diqqət etmək lazımdır ki, zeytun və zeytun yağı duzlu olmasın.



Xəbəri paylaş

4448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___