Rusiyada "Coca-Cola"nın yerli versiyası yaradılıb.
Qonşu ölkənin bazarlarında artıq satışa çıxarılan məhsul Komi Respublikasında istehsal edildiyindən ona "Komi Kola" adı verilib. Yerli içki "Coca-Cola" şirkətinin Rusiya bazarlarından geri çəkilməsinə cavab olaraq ərsəyə gətirilib.
Bu haqda Komi Republikasının rəsmi Teleqram səhifəsində məlumat verilib.
"Komi Respublikasının öz kolası var. Yerli məhsula tələbat hər gün dayanmadan artır", - deyə səhifədə qeyd edilib. Bildirilib ki, sakinlər yeni içkini Arxangelsk vilayətindəki mağaza rəflərində də tapa biləcəklər.
Ukraynadakı münaqişə uzanarsa, qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarından sonra "Coca-Cola" şirkəti bu və ya digər məqamda Rusiyadakı biznesini tamamilə ixtisar edəcəyini açıqlamışdı.
Xatırladaq ki, Rusiya xarici brendin yerli versiyasını ilk dəfə yaratmır. Bundan əvvəl mart ayında qonşu ölkədə "Dyadya Vanya" adlı yeni ticarət nişanı qeydiyyata alıb. Yeni ticarət nişanının loqotipi McDonald's restoranlar şəbəkəsinin loqotipinə olduqca oxşardır. "Dyadya Vanya" yeməklərin hazırlanması və evə çatdırılması ilə əlaqəli olan yeni ticarət nişanıdır.
Dünyaca məşhur McDonald's restoranlar şəbəkəsi də Ukraynadakı böhrandan dolayı Rusiyada fəaliyyətini dayandırdığını açıqlamışdı.
Rusiya öz "Coca-Cola"sını yaratdı - "Kоmi Kola" - VİDEO
Tarix: 14-05-2022 | Saat: 10:21
Bölmə:Karusel / Hadisə / Dünya / Xəbəraz TV | çapa göndər
2528 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-05-2022 | Saat: 10:21
Bölmə:Karusel / Hadisə / Dünya / Xəbəraz TV | çapa göndər
Digər xəbərlər
24-07-2018, 18:18
İlk amalımız mənəvi dəyərlərin mühafizəsidir - Etibar Qasımov (ALOV)
27-04-2017, 16:09
"Beş mərtəbə" dairəsi ləğv olunaraq parka birləşdirilib
8-06-2018, 14:25
“Azpetrol”u almış məşhur oliqarxın ölümü TƏSDİQLƏNDİ
20-12-2016, 21:01
Zaur Kamal 22 il öncə - VİDEO
10-05-2016, 09:10
PKK polisə hücum etdi: 2 ölü, 3 yaralı
19-10-2016, 01:20
Donetskdə növbəti qurbanların adı gündəmdə
7-11-2016, 21:11
Öpüşlərlə ərsəyə gələn əsərlər - FOTO
17-03-2017, 17:32
Esra Erol vidalaşıb ağladı: "64 uşağı da mən doğmuşam"
4-09-2017, 15:21
Keçmiş telekanal rəhbərinin oğlunun ölüm səbəbi bəlli oldu
{sape_links}{sape_article}