Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mübahisə qətllə nəticələndi - Şamaxıdakı hadisənin təfərrüatı - VİDEO
Tarix: 15-05-2022 | Saat: 11:54
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər


Şamaxıda keçmiş məhkum qətlə yetirilib.
Hadisə dünən gecə saat 3 radələrində baş verib.
Əvvəllər məhkum olunmuş Şamaxı rayon sakini 44 yaşlı Şəfayət Hacıyevin işdə olarkən öldürülməsi barədə polisə məlumat daxil olub.
Aparılan araşdırmalar nəticəsində rayonun digər sakini 61 yaşlı Mülkalı Rizvanov barəsində qətli törətməkdə əsaslı şübhələr yaranıb.
İstintaq nəticəsində məlum olub ki, marketlərin birində gözətçi işləyən Mülkalı Rizvanov işdə olarkən Şəfayət Hacıyevlə aralarında mübahisə baş verib. Nəticədə Mülkalı Rizvanov gəzdirdiyi cib bıçağı ilə Şəfayət Haciyevə çoxsaylı xəsarətlər yetirib, daha sonra isə mişar daşı parçası ilə başından vuraraq qətlə yetirib.
Mülkalı Rizvanovun yaxınlarının sözlərinə görə, o, əvvəllər dəfələrlə mərhumdan şikayətçi olub, aralarında bir neçə dəfə mübahisələr yaranıb. 
Qətlə yetirilmiş Şəfayət Hacıyevin qardaşı isə qarşı tərəfi ittiham edib.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Mülkalı Rizvanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Xəbəri paylaş

4358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___