Avro dollara və digər əksər səbət valyutalara nisbətən dəyər itirməkdə davam edir. Rusiya-Ukrayna müharibəsi başlanan gün dollara nisbətən 1.13 məzənnəsi ilə dəyişdirilən avro artıq 1.04 kursunadək ucuzlaşıb. Bu avronun müharibə başladıqdan sonra 14 faiz dəyərsizləşməsi deməkdir.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, avronun ucuzlaşması sanksiyaların qarşılıqlı olaraq Avropa iqtisadiyyatına təsirləri ilə bağlı olsa da, dolların qlobal valyuta bazarında möhkəmlənməsi də əsas faktorlardandır:
"Enerji məhsullarının qiymətlərindəki artım real sektora təsirsiz ötüşmür. Digər tərəfdən, Avropa qitəsində davam edən müharibə ittifaq ölkələrinin iqtisadi artım faizlərini azaldıb. Bu ilin ilk 4 ayında Avropa İttifaqında enerji məhsullarının qiymətində 38 faiz artım qeydə alınıb. Ötən ay isə Avropa İttifaqında son 30 ilin ən yüksək inflyasiyası qeydə alınıb. İstehlak bazarında ümumi qiymət artımı 7.5 faizə yüksəlib. 2022-сi il üçün 3.7 faiz artım proqnozlaşdırılan avrozanda ÜDM bu ilin birinci rübündə cüzi artıb. Müharibə uzanarsa, 2022-ci ildə iqtisadi artımın hətta 2 faizdən az olacağı gözlənilir".
Deputat qeyd eidb ki, müharibə uzandıqca avronun ucuzulaşması davam edəcək:
"Hələlik Avropa Mərkəzi Bankı avronun məzənnəsinə təsir edəcək addımlar atmaqda israrlı görsənmir. Bu isə o deməkdir ki, hələlik avronun əvvəlki mövqelərinə qayıtması mövcud şərtlər daxilində real görsənmir. Müharibənin ən çox neqativ iqtisadi təsir etdiyi qitə isə sözsüz avronun işləndiyi Avropa olaraq qalmaqdadır".
"Avronun ucuzlaşması davam edəcək" - Deputat
Tarix: 16-05-2022 | Saat: 10:34
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Xəbəri paylaş
4328 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-05-2022 | Saat: 10:34
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
8-10-2018, 10:50
Hava ilə bağlı ciddi xəbərdarlıq: şiddətli soyuqlar gəlir
7-03-2023, 11:37
Ayrıldığı deyilən İlkin Həsəninin xanımından AÇIQLAMA - FOTO
21-03-2023, 11:43
Azərbaycana yaz gəldi
13-08-2016, 22:51
Zakir Həsənov Beynəlxalq Ordu Oyunlarının bağlanışında
9-03-2017, 21:42
Valideynlərin qorxduğu diaqnoz: disbakterioz
26-07-2022, 11:12
Azərbaycanda valideynlər buna görə 4 il həbs edilə bilər
15-07-2015, 13:18
Kəlbəcər səhiyyəsində “qanqrena“
23-03-2017, 12:16
Azərbaycan Gürcüstana məhsul ixracını 42% artırıb
16-08-2018, 19:55
Energetik içkilər imkan daxilində qadağan edilməlidir - Deputat
22-02-2017, 11:16
Nadir İlhamə Quliyevadan oxudu: “Bilsən necə darıxmışam” - VİDEO