İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri döyülüb.
Bu barədə Şəmkir Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, mayın 14-də Xidmətin 14 saylı Ərazi Vergi İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəisi Anar Məmmədli və Vergi ödəyicilərinin uçotu və Dövlət qeydiyyatı şöbəsinin baş hüquqşünası Emin Şirinovun təhqir olunmaları və onlara qarşı fiziki zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, Emin Şirinov və Anar Məmmədli sonuncunun idarə etdiyi avtomobillə Şəmkir şəhəri ərazisində hərəkətdə olan zaman Həbib Cəfərovun idarə etdiyi avtomobillə qəza şəraiti yaratması səbəbindən aralarında mübahisə baş vermiş, bu zaman Həbib Cəfərov və qohumu Ömər Həbibli heç bir əsaslı səbəb olmadan Anar Məmmədli və Elvin Şirinovu təhqir edərək döyüblər.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə istintaq davam edir
Azərbaycanda vəzifəli şəxslər DÖYÜLDÜ
Tarix: 17-05-2022 | Saat: 11:46
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Xəbəri paylaş
3598 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 17-05-2022 | Saat: 11:46
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
26-07-2017, 17:48
AYGÜN KAZIMOVA TÜRKİYƏ MEDİASINDA: “KONSERT ÜÇÜN GERİ SAYIM” – FOTO
30-07-2017, 11:16
Yemişan - təbii ürək dərmanı
12-06-2022, 14:12
Azərbaycanda 47 yaşlı qadın "NET" içdi
28-10-2016, 17:11
Millimizin sabiq baş məşqçisi çalğı ilə dəfn olundu - VİDEO
27-08-2015, 17:31
Çox su içə bilməyənlərin nəzərinə
11-05-2016, 13:59
Tanınmış yazıçılar prezidentə məktub yazdı - Etiraz
9-01-2017, 21:38
Qadınları kişilərdən soyudan 10 DAVRANIŞ
24-01-2022, 04:30
Omar Hani İordaniya millisində
3-06-2015, 12:00
“Gələcəkdə İran Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinə (TANAP) qoşula bilər".