“Bahalaşma ilə bağlı hər gün Azad İstehlakçılar Birliyinə ölkənin hər yerindən telefon zəngləri daxil olur”.
Bu sözləri açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov söyləyib.
O bildirib ki, əhali bazar iqtisadiyyatı şəraitində yaşadığımızı bilməlidir. AİB sədri təəssüflə qeyd edib ki, dünya bazarında malın qiyməti düşərsə, Azərbaycanda enməni bir dəfə də olsun müşahidə etməmişik:
"Lakin dünya bazarında malın qiyməti qalxanda bir gün öncə ölkə bazarı ona reaksiya verir. Təsadüfi deyil ki, dövlət başçısı dəfələrlə ölkədə inhisarçılıq, müəyyən qrup tərəfindən qiymətlərin təyin olunması ilə bağlı problemlərin aradan qaldırılmalı olduğuna diqqət çəkib.
Təəssüflər olsun ki, ölkədə inhisarçılığın qarşısını almaq və istehsalçıların hüqularını qorumaqla məşğul olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarının qorunması sahəsində heç bir iş görmür. Xidmət istehlakçıları məhkəmələrə göndərməklə məşğuldur. Bəzi sövdələşmələrin nəticəsi olaraq qiymət qalxmasına qarşı mübarizə apara bilmir. Hökümətin əsas vəzifəsi isə odur ki, dünya bazarında qiymət artımı ilə paralelel tarazlaşdırma aparsın. Ancaq bu zaman bazarda rahat rəqabət mühiti yarana bilər. Rəqabət mühiti də olarsa, qiymət aşağı düşər, keyfiyyət də yuxarı qalxar”.
Hüquq müdafiəçisi bildirib ki, əhalinin ən çox şikayəti çörəklə bağlıdır:
“Bu sahəyə dövlət orqanları ciddi nəzarət edir. Düşünürəm ki, qiyməti sabit saxlamaq üçün onlara təzyiq edilməməlidir. Çünki onlar qırmızı xəttin üzərindədir. Bazar iqtisadiyyatı şəraitində dövlət qurumlarının qiymətə müdaxilə etməsi yolverilməzdir. Buna görə də dövlət elə bir şərait yaratmalıdır ki, çörək istehsalçıları özlərini rahat hiss etsin və çörəyin keyfiyyətini qaldırıb qiymətini aşağı salsın. Qanunların zəif, dövlət məmurlarının fəal bizneslə məşğul olması bu işi çətinləşdirir. Milli Məclis bununla bağlı müəyyən addımlar atmalıdır, ancaq atmır. Ölkədə yerli dərman istehsalı yoxdu və bunun üçün şərait yaradılmır, danışıqlar aparılmır. Bu gün qaldırdığımız saxta şprislər məsələsi var. Ölkədə şpris zavodu olduğu halda bu məhsulu xaricdən alırıq. Bu cür vəziyyətlərə görə qiymətin qalxması davam edəcək, çünki ölkədə istehlakçı hüquqlarının qorunması çox zəifdir”.
Ölkədə bahalaşma DAYANMIR - "Çünki bəzi məmurlar bunda maraqlıdır"
Tarix: 17-05-2022 | Saat: 11:58
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər
Xəbəri paylaş
6488 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 17-05-2022 | Saat: 11:58
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
5-05-2016, 10:34
Gəncədə bomba partladı - iki ölü
25-05-2022, 12:36
Afət Fərmanqızı biznes-ledi oldu: “Həyat yoldaşımın restoranını idarə edirəm...” - VİDEO
7-08-2020, 22:11
Əli Əsədovdan 190 manatın verilməsi ilə bağlı QƏRAR
16-06-2022, 11:05
Qəbələdə avtomobil ağaca çarpılıb, ata ölüb, oğlu xəsarət alıb
9-09-2020, 17:47
İrəvanın işğal planı: Bakı ağır zərbə vuracaq? - Polkovnik
2-09-2016, 10:34
Silahlı Qüvvələrdə "Açıq qapı" olacaq
11-05-2020, 10:00
Hövsanda 36 yaşlı kişi damarlarını kəsdi
21-12-2022, 11:41
BU NƏDİ BELƏ: `Hacı Turqay`ın da HACILIĞI ŞÜBHƏ DOĞURUR... - İndi bu məhsulu yeməliyik?
1-03-2016, 20:35
YANĞINDAN ZƏRƏR ÇƏKƏNLƏRƏ YARDIM OLUNMASI TÜRK MEDİASINDA- FOTO