Qəfil ölən həkimin iş yoldaşı: “Həyat eşqi sönmüşdü” - FOTO
Tarix: 21-05-2022 | Saat: 11:25
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Mayın 18-də vəfat edən Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının 41 yaşlı baş laborantı, mammoloq-cərrah Zeynalova Sahibə Məhəmməd qızının ölümü ilə bağlı müxtəlif mülahizələr irəli sürülüb.
S. Zeynalovanın iş yoldaşları və onu tanıyan bir çox insan cərrahın depressiv vəziyyətdə olduğunu bildiriblər. Mərhum həkimin keçmiş iş yoldaşı Aynur Qasımova sosial şəbəkədə hadisə barədə status yazaraq bildirib ki, Sahibə Zeynalova anasını itirəndən sonra həyatdan küsüb:
“Sahibə doktor ağıllı, əxlaqlı, sakit təbiətli insan idi. Xüsusilə qeyd etmək istərdim ki, onun həyat eşqi sönmüşdü. Sən o qədər ananı sevdin ki, onu itirməyə dözmədin. Qovuşdu Sahibə doktor anasına. Gözəl bacım, məkanın cənnət olsun”.
Qeyd edək ki, Lent.az saytı S.Zeynalovanın damarına iynə ilə dərman yeridərək intihar etməsi barədə məlumat yayıb. Mərhumun yaxınları isə bunu təkzib edərək 41 yaşlı həkimin infarktdan öldüyünü bildiriblər.
Hazırda ölüm fakt ilə bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. S.Zeynalovanın ölümünün səbəbi ekspertiza rəyindən sonra dəqiqləşəcək.
Xəbəri paylaş
5268 dəfə oxunub.
Digər xəbərlər

7-12-2015, 09:52
Hamı bu qızın cəsarətindən danışır VİDEO
17-04-2018, 17:16
İl ərzində doğulan körpələrin sayı açıqlanıb
30-07-2016, 09:54
Qaraciyərin təbii yollarla təmizlənməsi
12-06-2018, 10:09
DÇ-2018: Kim bombardir ola bilər?
12-06-2015, 15:14
Braziliyalı ulduz futbolçu artıq Türkiyənin “Antalyaspor” klubu ilə razılığa gəlib.
8-05-2017, 10:14
Vüsalə “Qardaşlar”dan getdi
27-06-2015, 21:00
İlham Əliyevdən Pərviz Bağırova qızıl medal (FOTO)
28-01-2017, 00:17
Günün qoroskopu: insanların fikir və mövqeləri ilə hesablaşın
28-10-2015, 20:09
Neft ilə bağlı bədbin proqnoz - vəziyyət 2 il düzəlməyəcək
10-06-2016, 16:01
Xəzəryanı dövlətlərin Moskva görüşü başa çatdı