Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda meymunçiçəyinə qarşı bu PEYVƏNDƏN istifadə olunacaq - Baş infeksionist
Tarix: 24-05-2022 | Saat: 12:17
Bölmə:Karusel / Gündəm / Səhiyyə / M2 | çapa göndər

Azərbaycanda meymunçiçəyinə qarşı bu PEYVƏNDƏN  istifadə olunacaq - Baş infeksionist

"Bildiyimiz kimi dünyanın bir sıra ölkələrində: Avropada, Amerikada Avstraliyada meymunçiçəyi deyilən infeksiya yayılmaqdadır. Bu yeni bir infeksiya deyil. Keçən əsrin sonunda Afrika qitəsində aşkarlanıb. Sonra isə müxtəlif ölkələrə Avropaya, Amerikaya səyahət edən edən insanlar tərəfindən yayılıb". 
Bunu açıqlamasında Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, indi bu infeksiya əvvəlki dövrə nisbətən daha geniş yayılıb:
“Artıq 15 ölkədə 100 dən artıq təsdiqlənmiş xəstə var. Bu infeksiya əsasən, heyvanlardan, gəmiricilərdən və meymunlardan insanlara keçir. Bunun üçün insanların heyvanların bioloji mayeləri ilə təması və yaxud da heyvanların dərisində müxtəlif səpgilər varsa, onlarla təması, həmin heyvanlardan hazırlanmış hansısa qidalardan istifadə olunarsa yoluxa bilərlər”. 

Onun sözlərinə görə, meymunçiçəyi insandan insana da keçir:
“İnsanın da insanı yoluxdurması mümkündür. Bunun üçün də çox sıx təmas tələb olunur. Yoluxmuş insanın dərisinə toxunanda və ağız suyu təması olanda keçir. Ona görə də burda hava-damcı üsulu bir o qədər də önəmli olmasa da, insan danışarkən, asqırarkən hissəciklər kənara yayılır və bu zaman insan yoluxa bilər. Qeyd edim ki, ortaq əşyalardan istifadə də yoluxmaya səbəb ola bilər. Bu virusun insandan insana keçməsi o qədər də sürətli deyil”. 
İnfeksionist qeyd edir ki, meymunçiçəyinin COVID-19 kimi geniş yayılma potensialı yoxdur:
“Bu virus üçün sanitar tədbirlər yetərli olur ki,  alovlanmanın qarşısı alınsın. ÜST bildirir ki, dünya üzrə bu infeksiyaya yoluxanların sayı çox azdır. Meymunçiçəyi hazırda yayılan yerlər üçün qeyri-endemik olduğu üçün bir qədər narahatlıq doğurur. Bunun üzərində işlənilir və virusun mutasiya edib etmədiyi, onun yeni bir xüsusiyyət kəsb etmədiyi məsələsi araşdırılır. Çünki koronavirusun mutasiyaya uğradığının və keçiricilik qabiliyyətinin artdığını gördük. Amma bunu meymunçiçəyi üçün deyə bilmirik. Bu yaxın günlərdə təqdqiqatlar nəticəsində bəlli olacaq”. 
Mütəxəssis meymunçiçəyinə qarşı effektiv olan vaksin haqqında da danışıb:
“Vaxtilə Təbii çiçəyə(meymunçiçəyi onun bir növüdür) tətbiq olunmuş vaksinlər burada da güvənlidir. Və 85 faizə qədər də meymun çiçəyindən qoruyur.  Hazırkı dövrdə isə bu meymunçiçəyinə görə narahatlığa ehtiyac yoxdur və Azərbaycanda qeydə alınmayıb”. 




2478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___