Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Çimərliklərdə təhlükəsizliklə bağlı əhaliyə müraciət edildi - Bunlar qadağandır
Tarix: 20-06-2022 | Saat: 11:24
Bölmə:Karusel / Gündəm | çapa göndər




Fövqəladə Hallar Nazirliyi çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən  verilən xəbərə görə, müraciətdə deyilir:

"Çimərlikdə xoş zaman keçirmək üçün Fövqəladə Hallar Nazirliyi bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir.

Belə ki, qadağandır:

• nəzərdə tutulmamış ərazilərdə çimmək;

• çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

• küləkli havada dənizə girmək;

• çimərlikdə gecələmək,

• sərxoş halda çimərlikdə olmaq;

• suda kobud hərəkətlər etmək;

• çimərlikdə balıq tutmaq;

• xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

• Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

• Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"




Xəbəri paylaş

4108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___