Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“CONSOL” MMC-nin rəhbərliyi bizə qarşı “dələduzluq” edib - QALMAQAL
Tarix: 20-06-2022 | Saat: 11:33
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər



Hazırda həm Mingəçevir şəhərində , həm də ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən bəzi özəl müəssisələr, tikinti şirkətləri var ki, onlar müxtəlif yollara baş vuraraq daha çox qazanc əldə etmək naminə işçilərin hüquqlarını kobud surətdə pozur, onlara əlavə problemlər yaradırlar.
Dünyanınsəsi.Az-ın elektron poçt ünvanına daxil olan şikayət məktubuna əsasən deyə bilərik ki, həmin müəssisələrdən, yəni ölkənin əmək qanunvericiliyinə zidd addımlara yol verənlərdən biri də “CONSOL” MMC tikinti şirkətidir.
Belə ki, Dünyanınsəsi.Az-a “BAŞİR- PROQRESS” MMC-nin direktoru Dilqəm Əliyevin imzası ilə daxil olan müraciətdə Mingəçevir şəhərində fəaliyyət göstərən “CONSOL” MMC tikinti şirkəti tərəfindən işçilərin hüquqlarının kobud surətdə pozulduğu öz əksini tapıb.
Məlumat üçün qeyd edirik ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində layihələrin icrasına uyğun olaraq Mingəçevir şəhərində tender elan edib. Bu tender lahiyəsini icrasını “North West” tikinti şirkətinə həvvalə edilib. Tender qalibi olan “North West” tikinti şirkəti də Mingəçevir şəhərində su-kanalizasiya xətlərinin yenidə qurulması üşün lahiyyədə nəzərdə tutlan işləri “CONSOL” MMC -yə verib.
“CONSOL” MMC isə 21.12.2021-ci il tarixdə “BAŞİR- PROQRESS” MMC ilə müqavilə bağlasada cəmiyyətdə çalışan fəhlələrin əl əməyinin haqqını 4 aydır ki, verməkdən boyun qaçırır.
Dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlərin böyük hissəsini də demək olar ki, “BAŞİR- PROQRESS” MMC yekunlaşdırıb.

Sözügedən MMC -nin təsisçisi həm də direktorları Natiq Cavadov və Elman Bədəlov cənabları Mingəçevirdə su-kanalizasiya xətlərinin yenidə qurulması işlərini həvvalə etdiyi sahə rəisi Həmzə adlı şəxs , “BAŞİR- PROQRESS” MMC-nin direktoru Dilqəm Əliyevi söyüb təhqir etməklə yanaşı həm də bildirmişdir ki, nə “North West” tikinti şirkəti nə də ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bizə pul ödəməyib ki, bizdə sizin əməkhaqqlarınızı verək. MMC direktoru qeyd edir ki, “CONSOL” MMC-nin “BAŞİR- PROQRESS” MMC-yə hazırda 34 min manat borcu var.
Sonda , “BAŞİR- PROQRESS” MMC-nin direktoru Dilqəm Əliyev mətbuat vasitəsi ilə Prezident İlaham Əliyev və Baş prokuror Kamran Əliyev cənablarından xahiş edir ki, “CONSOL” MMC-nin bu özbaşınalığna son qoyularaq qanunamüvafiq tədbirlərin görülməsinə göstəriş versinlər.

Redakisiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

MMC direktorunun Prezidentə və Baş prokurora ünvanladıģı Videoşikayəti təqdim edirik:
Dünyanınsəsi.Az

1





Xəbəri paylaş

5438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___