Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Oğlundan Əli Əliyevə sərt sözlər - Mənə qarşı əxlaqsızlıq edib, həyatımı sındırıb
Tarix: 27-06-2022 | Saat: 15:46
Bölmə:M / Karusel / Gündəm / Araşdırma / Reportaj | çapa göndər


Vətəndaş və İnkişaf partiyasının sədri Əli Əliyevi cəmiyyət və siyasi camiyyə bir mənalı olaraq müsbət qarşılamır. Bununda bir çox səbəbləri var . Bununla yanaşı son günlər Əli Əliyevin ögey oğlu Kamran Cəfərov facebook sosial şəbəkəsində "atası"nın insani dəyərlərdən nə qədər uzaq olduğunu faktlarla sübut edir. "Azərbaycan Reallığı" Belə faktlardan birini sizlərə təqdim edir.

Əli Əliyev.

Bir neçə gün qabaq Əli Əliyevin həbs müddətinə 6 ay əlavə olundu. Bir neçə həssas məqama aydınlıq gətirmək istəyirəm. 

Əli Əliyevin həbsində heç bir formada iştirak etməmişəm. Bu fakt göz qabağındadır (rəsmi qaydada şikayətçi olmamışam). Amma buna baxmayaraq məhz mənim açıqlamalarım Əli Əliyevin tərəfdarları, ətrafı və yaxınları tərəfəndindən qıcıq və aqressiya ilə qarşılandı. Bu reaksiyaların bir hissəsini özünüz görmüsünüz: efirlər, şərhlər, yazılar və s. Reaksiyaların bir hissəsi isə diplomatiya dilində desək "bağlı qapılar arxasında" və ya "pərdə arxasında" verilirdi. Məntiqli sual yaranır, mənim Əli Əliyevin həbsinə aidiyyatım olmadığı halda bu qıcığın kökündə nə durur? Səbəb nədir? Bəli, siz çox gözəl bilirsiniz ki, Kamran 99% yox, 100% haqlıdır. Kamran Əli Əliyevi darmadağın edə biləcək insandır və Kamranın bu haqqı qazanmaq üçün həyatın hansı cəhənnəmlərindən keçdiyini bilirsiniz.

Kamran Cəfərov 

Açıqlamalarımı diqqətlə oxusanız, görərsiniz ki, mən Əli Əliyevin nə siyasi fəaliyyətinə, nə də şəxsi həyatına(mənimlə münasibətlər istisna olmaqla) toxunmamışam. Sizcə edə bilmərəm? Təsəvvür etmədiyiniz qədər sərt formada edə bilərəm, amma bu günə kimi etməmişəm. O MƏNƏ qarşı əxlaqsızlıq edib, həyatımı sındırıb, cavabını da MƏNDƏN alır və alacaq.

Bu gün Əli Əliyevi mənim qabağımda(söhbət siyasi müdafiədən getmir, mən vurğuladım "MƏNİM QABAĞIMDA") müdafiə edənləri səmimi hesab etmirəm, daha doğrusu onları riyakar hesab edirəm(söhbət tək siyasiləşmiş şəxslərdən getmir). Niyə? Əli mənə qarşı "at oynadanda", min oyundan çıxanda bir nəfərin səsi çıxmışdı?

Bir nəfər gəlib demədi ki"ay Əli day bu qədər də yox da, hər şeyin bir qırmızı xətti var". Demədi, hər kəs izləyirdi, əl çalırdı. İndi isə nə baş verir? Mən cavabını verirəm. Əlini müdafiə edənlərin heç olmasa biri zəng vurub dedimi ki "Əli qələt edib, başını da divara vurub, bağışla onu, haqsızdır, peşmandır, yalvarmağa hazırdır"? Heç olmasa yalandan bunu deyən olubmu?

 Əli Əliyev

Yox. Əksinə, mənim üstümə gəlməyə çalışırlar, NƏ ÜZLƏ AXI? Bütün bunları bilə-bilə mənim üstümə gələcək insan ola bilərmi? Ümumiyyətlə belə insan dünyada varmı? Təəssüf ki, var. Çörək yediyin evə xəyanat et, dostunun ailəsini dağıt, mənim ailəmi dağıt, həyatımı məhv et, ölməyimə çalış, həbs etməyə cəhd et, əlimdən hər şey al sonra da sırtıq-sırtıq üzümə "nə eləmişəm, əcəb eləmişəm" de. Mən də buna susmalıyam, dilimi soxmalıyam qarnıma, təki Əli yaşasın, kef eləsin, haram yesin şişsin. Elə şey yoxdur, olmayacaq da, Əli Əliyev əmin olsun. Qisas haqqımdır.

Bu münaqişə bizim İKİMİZƏ aiddir, İ-Kİ-Mİ-ZƏ. Heç kəs buna qarışmağa cəhd etməsin(təkrar edirəm:siyasi müdafiənin mən dediyim məsələyə heç bir aidiyyatı yoxdur, siyasi müdafiə hər kəsin öz haqqıdır).

Bu münaqişənin gərginliyi artıq o həddə çatıb ki, cəmi 2 variant mövcuddur: ya haqlı tərəf(mən) qalib olacaq, ya da qaliblər olmayacaq, mən sona kimi, sonun sonuna kimi getməyə hazıram, itirəcəyim də yoxdur.

Siz elə bilirsiniz ki, bunları yazmağa mənə xoşdur? Bunu yazarkən sevinirəm, gülürəm? Bunları yazmağa çox ağırdır, amma mən məcburam. Mən bilirəm ki, Əli(və onun ətrafı, gözə görsənməyən ətrafı) məni məhv etməyənə qədər sakitləşməyəcək və mən onu qabaqlamalıyam. Mən müdafiə olunuram, öz həyatımı qoruyuram.

AZƏRBAYCANREALLIĞI.COM  






Xəbəri paylaş

5818 dəfə oxunub.

Digər xəbərlər
8-05-2019, 14:10 Messiyə dopinq şoku

bütün xəbərlər
____ Instagram ___