Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"TƏBİB-in dərdinə təbiblər əlac edə bilmir"
Tarix: 01-07-2022 | Saat: 23:35
Bölmə:M / Karusel / Gündəm / Səhiyyə / Xəbəraz TV / Araşdırma / Reportaj | çapa göndər



Bu gün ölkədə hansı bir sıravi vətəndaşdan səhiyyənin hazırkı vəziyyətini soruşsanız "daş düşsün başına" deyə bəddua edir. Görünür həqiqətən də səhiyyənin başına yalnız daş düşməyib, daşdan da qorxunc olan "od yağıb". 

TƏBİB və Səhiyyə nazirliyi arasında bölüşdürülən tibb ocaqları nəyinki vətəndaşların, həkimlərin də gününü göy əsgiyə "düyunləyib".

Yaxın günlərdə TƏBİB-in həm özündən, həm də ərazi üzrə mərkəzləri ilə bağlı gedən tənqidi yazılar ictimaiyyətin yadındadır. Nə yazıq ki, söylənən nöqsanlar yalnız vətəndaşların yadında qalır. TƏBİB və "ordusu" üçünsə həqiqətlərə tıxanmış qulaqlardir.

"Mozalan" saytının redaksiyasına müraciət etmiş Hökümə xanım Nəbiyeva ömrünün 38 ilini ağ xalat içərisində körpə insanlara xidmətə həsr edib. Yola saldığı bunca uzun  həkim ömründə qazandığı təcrübə özü bir məktəbdir desək heç də yanılmarıq. 

Hökümə xanımın həkimlik fəaliyyəti dövründə neçə-neçə səhiyyə naziri gəlib-gedib. Kimsə həkim qüruruna toxunmayıb. Ta ki, işlədiyi 7 saylı Uşaq Yolxucu Xəstəlikləri xəstəxanası "Nərimanov Tibb Mərkəzi" nin  tabeçiliyinə keçənə qədər.

Ölkədə "COVİD19"  pandemiyasi elan olunan andan Hökümə xanım da pantemiya ilə mübarizəyə cəlb olunan həkimlər sırasında yer alıb. Hətta iş otağı birbaşa "Sarı zona" ərazisində yerləşib. Hər gün iş saatından 6 saat artıq işləyən Höküm Nəbiyeva özü belə ağır KOVİD infeksiyasına yoluxaraq, 15 gün Bakı Sağlamlıq Mərkəzində ölüm-dirim mübarizəsi verib. Nəhayət ki, xəstəliyə yenilmədən həyata dönməyi bacarıb. Amma görünən o ki, xəstəliyə yenilmeyen Hökümə həkimi, Nərimanov Tibb Mərkəzinin  Baş direktoru Fazil Alməmmədov yenmeyə çalışır. Bunun üçün bütün "strateji mövqeləri möhkəmlətməyi" də yaddan çıxartmayıb.

Nəhayət ölkədə pantemiya başa çatdıqdan sonra Hökümə həkim haqqı olan əmək haqqını tələb etdikdə, Fazil Almammədovun kefinə "soğan doğrayıb". 

Hökümə Nəbiyeva bildirir ki,  onunla birlikdə pantemiya qarşı mübarizə aparan həkim və tibb işçilərinin əmək haqqı ödənişlərində ciddi ayrı-seçkiliyə yol verilir. Haqqını tələb etdikdə isə Fazil Almammədovun gözündə "üsyankar qadına" və ya "qikbaş həkimə" çevrilib. Yalnız Fazilin deyil, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi Publik Hüquqi Şəxsin də gözündə "qatı cinayətkar"   kimi qara siyahıya salınıb.

Hökümə Nəbiyevanın qeyd etdiklərini araşdırmaq məqsədilə Nərimanov Tibb Mərkəzinin Baş direktoru Fazil Alməmmədovun qəbuluna üz tutduq. Mərkəzin girişində bir neçə mühafizəçi, Fazil Alməmmədovun qəbul otağında əyləşən katibəsi   olduğu halda, dəhlizdə bizim yolumuzu cavan bir  oğlan kəsdi. Kimliyini və vəzifə borcunu söyləmədən, hansı məqsədə gəldiyimi soruşdu. Gəlişindən Fazil həkimin xəbəri var dedikdə isə:-"siz gözləyin, mən xəbər verim" deyə, məni gəhlizdə gözlətdirdir. Geri dönüb:-"başı qarışıqdır, gözləyin işini bitirib sizi qəbul edəcək"  deyə, bildirdi. Biz o, gözləmək, bu gözləmək, "Şeytanın zoğalın yetişməsini" gözləyən kimi səbr və prinsipalliqla gözlədik. Bizdən sonra gələnlər Fazil Alməmmədovun kabinetinə asanlıqla girib-çıxır, bizim növbəmizsə gəlmirdi ki, gəlmirdi. Nəhayət saatlar öncə məni qarşılayan oğlan yaxınlaşıb:-" həkim çox məsquldur, sabah gəlin" deyə, bizə "xoş getdin" dedi. ( Məlum oldu ki, bəhs etdiyim vəzifəsi bilinməyən kəs Manaf Ağayevin oğludur).

Atalarımızın gözəl deyimləri var: "Yalançını mənzilinə kimi qovarlar".

Fazil həkimlə telefon əlaqəsi zamanı "şikayətçi yalnız Hökümə xanımdır?"  sualını görünür boşuna vermədi. 

Vəzifəmiz gərəyi və baş direktorun müəmmalı sualına aydınlıq gətirmək məqsədilə üz tutduq 7 saylı Uşaq Yolxucu Xəstəlikləri Xəstəxanasına.

Xəstəxananın giriş qapısında mühafizəçi olduğu halda, Dəyanət Quliyev  kimi özünü təqdim edən kəs, yolumuzu kəsib, bizi içəri buraxmadı. Əsas gətirdi ki, Yolxucu xəstəxanaya giriş qadağandır. Həqiqət və qaydalar bizim toxunulmazdır. Di gəl gör ki, qaydalar yalnız Hökümə xanımın həqiqətlərini ortaya çıxaran jurnalist üçün tətbiq olunması ƏMR olunub. Dərman satan firmaların əməkdaşları, xəstələrin yaxınları və hətta Fazil Alməmmədovun qohumu olduğu ehtimal olunan vətəndaş hətta baş həkimin qadağasına məhəl qoymadan vətəndas əl-qollarını sallaya-sallaya girib çıxa bilirlər. Xəstəxananın təsərrüfat müdiri vəzifəsini daşıdığını bildirən Dəyanət Qurbanov açıq-aşkar Fazıl Alməmmədovun qolbecəsi olduğunu nümayiş etdirməkdən belə çəkinməyərək, 38 ilin  həkiminə "insan yediyi qaba tüpürməz" deməkdən də çəkinmədi. Əslində arxasını dayadığı baş direktorun buyruq qulları olan bu şəxslər jurnalisti içəri buraxmaqla "sahiblərinə" sədaqətlərini sübut etməyə çalışsalar da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163-cü  maddəsini (jurnalistin peşə fəaliyyətinə mane olmaq) kobud şəkildə pozdular.

Əlimizdə olan faktlara əsasən Fazil Alməmmədovun tapşırığı ilə Hökümə xanımla birlikdə haqqı ödənilməyən başqa bir həkimin tələbi dərhal yerinə yetirilərək sakitləşdirilib. Necə deyərlər, xətəri sovusdurub.

Nərimanov Tibb Mərkəzinidə baş verənlərlə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin TƏBİB Publik Hüquqi Şəxsinə müraciət etmək istədik. Agentliyin Maliyə Deportamentinin rəhbəri vəzifəsini icra edən Xəyal Cəlilovun imzaladığı 16 mart 2012-ci il ( səhv oxumadınız, 2012-ci il) tarixli məktubda Hökümə xanıma qarşı yönəlmiş qərəz və idarəçilik sisteminin necə bərbad olması baciq-askar göz önünə sərilir.

Oturub çox düşündük ki, gorunur yeni yaranmış TƏBİB-də"COVID" in  fəsadlarının ağır izləri "qalıb". Əks halda peşəkar həkimlərə qarşı belə bir qeyri-peşəkar, qeyri-etik, qeyri-qanuni, və.s qeyri-qeyri əməlləri etməzdi.

Dəyərli millətim!

 TƏBİB-in dərdinə Təbib tapılmazsa, vay təbibdən umud gözləyən xəstələrin halına.

Ardı var.

Tərifə Maqsudova.






3028 dəfə oxunub.

Digər xəbərlər
5-06-2016, 19:55 Yıldırım ata ocağında

15-08-2022
bütün xəbərlər
____ Instagram ___