Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Göygöldəki hadisədə ölən 6 nəfər istirahətdən qayıdırmış - YENİLƏNİB - TƏFƏRRÜAT - FOTO
Tarix: 02-07-2022 | Saat: 11:00
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər



10:31

Ötən gecə Göygöl rayonunda 6 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Hadisə 1994-cü il təvəllüdlü Orxan Hümbətovun idarə etdiyi "Vaz 2107" markalı avtomobil Hacıkənd-Göygöl yolundan Bakı-Qazax magistralına çıxarkən baş verib. Belə ki, Gəncə istiqamətində hərəkət edən minik avtomobili sürətli yola çıxarkən magistralda hərəkətdə olan "Daf" markalı TIR-ın zərbəsinə tuş gəlib. Nəticədə minik avtomobilində olan 6 nəfərin hamısı vəfat edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, minik avtomobilini idarə edən Orxan Hümbətovun sürücülük vəsiqəsi olmayıb. O, Gəncədəki özəl xəstəxanaların birində çalışırmış.

O da məlum olub ki, hadisə nəticəsində ölən şəxslər Göygöl rayonunun Hacıkənd qəsəbəsi istiqamətində istirahətə gediblərmiş. Belə ki, sürücü Orxan Hümbətov Samux rayonunun Sərkər kənd sakini olub. O, həyat yoldaşı Sona Hümbətova (1996-cı il), 3 yaşlı oğlu İbrahim, qohumları - Bakı sakini Fidan Nemətli (2000-ci il), Gəncə sakini Aylin Yusifova (2009-cu il) və Goranboy sakini Elsevər Şahməmmədovla ( 2001-ci il) birgə istirahətdən qayıdarkən dəhşətli hadisə baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

----------

08:22

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobilinin yük daşıyan DAF markalı TIR-la toqquşması nəticəsində 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Ölənlərdən 5 nəfərin bir ailənin üzvləri olduğu bildirilir.

Qəzada ölənlər "VAZ-2107"nin sürücüsü, 1994-ci il təvəllüdlü Hümbətov Orxan, onun həyat yoldaşı, 1996-cı il təvəllüdlü Hümbətova Sona, sürücünün övladı, 2020-ci il təvəllüdlü İbrahim və sərnişinlər, 2001-ci il təvəllüdlü Şahməmmədov Elsəvər Rövşən oğlu, 2009-cu il təvəllüdlü Yusibova Aylin Vüsal qızıdır. Ölənlərdən birinin şəxsiyyəti müəyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.


Məqaləyə dair fotomateriallar:




Xəbəri paylaş

3608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___