Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Girinc, Drinqlit, Türməxanım - Söyüş kimi adlar...
Tarix: 02-07-2022 | Saat: 11:33
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər



Ötən  il Azərbaycanda körpələrə verilən müxtəlif adlar sırasına br gözəl ad da əlavə olundu. Bir əsgərimiz öz qızına Şuşa adı verdi. Bu xəbərin anonsunu əslində Şuşa səfərimdə mənə divarlar pıçıldamışdı. Divarlara əsgərlərin yazdığı ürək sözlərini oxuyarkən bir döyüşçümüzün "Uşağıma Şuşa adını verəcəm" yazısını görmüşdüm. Azad Şuşanın adını balasına vermək əslində çox böyük anlam daşıyır. Amma balasına digər rayonların adlarını qoyanlar da var. Məsələn, son 5 ildə 4 uşağa Tovuz, 1 uşağa Gəncə,  2 uşağa Quba, 1 uşağa Şəmkir, 1 uşağa Şəki, 335 körpəyə isə Oğuz adı qoyulub. O qədər də pis səslənmir. Torpaq qədər ömürləri olsun.

Elə adlar var ki, valideyn sanki övladına ad yox, ömürlük utanc verir. Söyüş kimi səslənən adlarımız da var. Qızməmə, Dalaverdi, Momuş, Tak-tak, Türməxanım, Mütü, Dilqat, Pambıq, Qarsalan, Valik, Meyxoş, Drinqilit, Dımba, Girinc, Porsuq kimi adlarla böyüyən uşaq cəmiyyət arasında özünə necə yer tapsın? Heç unutmuram, qonşumuzda Müharibə adlı yaşlı bir qadın yaşayırdı. Müharibə başlayan gün doğulmuşdu deyə, adını belə qoymuşdular. Qadın o qədər davakar idi, "can" deyəndə də tərs anlayırdı.

Ad da bir enerjidir. Adın insan taleyində mütləq şəkildə rolu var. Övladlara verilən qəribə, gülünc adları görəndə bəzi adların verilməsinə dair tətbiq edilən qadağaya haqq qazandırmamaq olmur. Sovet dönəmində sevilən hind kinolarına baxıb valideynlər uşaqlarına Rac, Rita, Zita, Gita kimi adlar qoyurdular. Sonralar gördülər millət bu gedişlə "indeyski" olacaq,  əcnəbi adların verilməsi qadağan edildi.





Xəbəri paylaş

4128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___