Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vətəndaşları “Bax belə” soyuruq - Baha və keyfiyyətsiz yeməklər, vergidən yayınmalar...
Tarix: 01-08-2022 | Saat: 13:45
Bölmə:Karusel / M / Gündəm / Araşdırma / Aktual | çapa göndər



Ölkənin quru sərhədlərinin hələ də bağlı qalması Gürcüstan və Türkiyədə ucuz istirahət dalınca gedənləri məcburən Azərbaycanın bölgələrinə istiqamətləndirib.

Ancaq ölkəmizə imkanlı ərəb turistlərinin axını Azərbaycan restoranlarında və otellərində qiymətlərin kəskin bahalaşmasına səbəb olub.

Xüsusilə, İsmayıllı və Qəbələ zonasında fəaliyyət göstərən restoran və istirahət mərkəzlərində qiymətlərin baha olması bir yana, keyfiyyətsiz qida məhsulları vətəndaşlara verilir. Xeberaz.AZ xəbər verir ki, gununsesi.info-ya müraciət edən bir qrup vətəndaş İsmayıllıdakı “Bax belə” adlı istirahət mərkəzində üzləşdikləri faktla bağlı yazıb.

Ailəvi istirahət məkanı hesab edilən “Bax belə”də bir günlük qonaq olanlar bunu yazır:

“Kənardan yalançı reklamlarla insanları buraya cəlb edirlər. Ancaq oraya daxil olanda başqa reallıqların şahidi olursan. Xidmət edən ofsiantların geyimindəki çirk ilk nəzəri cəlb edən haldır.

Kifayət qədər bahaçılıqdır. Amma baha qiymətə verilən yeməklər belə keyfiyyətsiz olmaqla yanaşı, həm də o qədər az verilir ki, məcburən sifariş sayını artırmalısan. Məsələn dana basdırması adlandırdıqları ətin qalınlığı kağızdan seçilmir. Közə qoyan zaman dərhal kömürləşməsi təbiidir. Çünki, əti o qədər xəsiscəsinə kəsiblər ki, basdırmadan əsər-əlamət yoxdur. 11 manata satdıqları bir şiş basdırmada cəmi 1 tikə olur. Quzu ətinin kababı da eyni cürdür. Adını quzu əti qoysalar da yaşlı qoyun əti olduğu dərhal görünür. Yaxşı dişlərin olmalıdır ki, yeyə biləsən. Bildiyimiz rezin ondan yumşaqdır”.

Şikayətlə bağlı araşdırma aparan əməkdaşımız başqa reallıqları da öyrənə bilib.

Məlum olub ki, bu restorandakı xidmət və bahaçılıqla yanaşı vergi yayınmaları da açıq-aşkar həyata keçirilir.

Ümumiyyətlə, bu restoranda heç kəsə kassa qəbzi verilmir. Bunu tələb edənlərə isə “kassa aparatımız işləmir” cavabı verilir.

Bundan başqa araşdırmamız zamanı “Bax Belə” nin meşə ərazisində ağacları kəsərək, koteclərin sayını artırması da sürətlə aparılır.

Hər iki faktla bağlı Dövlət Vergi Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyini öyrənməyə çalışacağıq.
0







6358 dəfə oxunub.

Digər xəbərlər
15-08-2022
bütün xəbərlər
____ Instagram ___